Icma.az
close
up
RU
Tramp BMT ni dağıdır: 4 regionda müharibə başlayır Ssenari

Tramp BMT ni dağıdır: 4 regionda müharibə başlayır Ssenari

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Respublikaçı konqresmenlər ABŞ-ın BMT-dən çıxması ilə bağlı qanun layihəsi təqdim ediblər. Bu layihə ölkənin BMT-yə üzvlüyünün ləğvini, təşkilatın maliyyələşdirilməsinin tam dayandırılmasını və BMT-nin sülhməramlı missiyalarında iştirakın qadağan olunmasını nəzərdə tutur.

Prinsip etibarilə ABŞ-da müxtəlif vaxtlarda bənzər qanun layihələri irəli sürülüb. Donald Trampın hakimiyyətə gəlişi ilə bu məsələ yenidən aktuallaşıb. ABŞ-ın BMT-ni tərk etmək istəməsinin bir neçə səbəbi var:

Birincisi, maliyyədir. ABŞ BMT-yə ən çox pul xərcləyən ölkədir. Trampın hazırda ABŞ-ın xarici xərclərini azaltmağa çalışdığını nəzərə alsaq, bu versiya ağlabatandır.

İkincisi, təşkilatın beynəlxalq siyasətdəki mövqeyi ABŞ dəyərləri ilə ziddiyyət təşkil edir. Respublikaçı senatorlar hesab edirlər ki, BMT ABŞ-ın milli maraqlarına uyğun fəaliyyət göstərmir və ölkə bu təşkilata üzv qalmaqla siyasi itkilərlə üzləşir.

ABŞ-ın BMT-dən tam çıxması təşəbbüsləri həmişə nəticəsiz qalıb. Çünki demokratlar bu addımı beynəlxalq diplomatiyaya ağır zərbə kimi qiymətləndirir və ABŞ-ın qlobal liderliyini zəiflədə biləcəyini deyirlər.

Demokratların mövqeyi çox vacibdir. Çünki ABŞ-ın BMT-dən çıxması üçün qanun layihəsi həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən təsdiqlənməli, daha sonra prezident tərəfindən imzalanmalıdır. Hazırda layihənin Konqresdə nə dərəcədə dəstək qazana biləcəyi sual altındadır.

Bununla belə, Tramp bir yolunu tapıb, ABŞ-ı BMT-dən çıxararsa, bu, təşkilatın dağılması deməkdir. Müqayisə üçün deyim ki, ABŞ-ın BMT-nin sələfi olan Millətlər Cəmiyyətindən ayrılması bu təşkilatın beynəlxalq gücünü itirməsinə, daha sonra dağılmasına səbəb oldu. Analoji addım BMT-nin də dağılmasına zəmin yarada bilər.

Ümumiyyətlə, BMT-nin fəaliyyəti təkcə ABŞ tərəfindən deyil, bir çox böyük və kiçik ölkələr tərəfindən tez-tez tənqid edilir. Faktiki olaraq təşkilat ya qərar verə bilmir, ya da qərarları icra edilə bilmir. Buna görə hazırda iki əsas yanaşma var:

BMT-də reformlar olmalıdır; BMT-ni ləğv edib, yeni sistem tərtib edilməlidir.

Hələlik ABŞ ikincini daha çox dəstəkləyir, lakin niyyəti beynəlxalq hüququ və sistemi dəyişməkdirsə, ilk növbədə dünya miqyasında nəzarətli xaosa ehtiyac var. Bunu iki ssenari ilə yarada bilər:

İran-İsrail müharibəsi fonunda İrana müdaxilə; Tayvan münaqişəsi və buna paralel Kəşmir, Koreya münaqişələrinin alovlanması.

Hər iki ssenari və ya tamam başqa ssenari üzrə yaradılacaq nəzarətli xaosdan sonra ABŞ yeni dünya nizamını tərtib edə bilər. Yeni dünya nizamında isə heç kəsin veto hüququ olmalıdır. Xatırladım ki, ABŞ İkinci Dünya müharibəsinin müttəfiqləri və sonradan rəqibləri olacaq SSRİ və Çin ilə qələbə qazandığı üçün yeni nizamda onlara da yer verməli oldu. Söhbət BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və onların veto hüququndan gedir. İndi Vaşinqton Moskvaya Ukrayna ərazilərinin bir qismini, Çinə isə Tayvanı güzəştə gedərək onların veto hüququndan imtinasına nail ola bilər. Yeni nizamda isə sadəcə nüfuzu, pulu və təsir gücü olan dünya ölkələrinin səsini qazanıb istədiyini edər.

Hər halda proseslər tamam fərqli də ola bilər. Xarici KİV-lərdə hazırda belə bir iddia var ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampı Moskvaya qələbə paradına dəvət edib. Çin lideri Si Szinpinin də bura səfəri gözlənilir. Bu iki səfər baş tutarsa, Tramp planını Putin və Szinpinə aça, vəd verə bilər. Hər halda bunu zaman göstərəcək.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Mart 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri