Icma.az
close
up
RU
Müharibə necə bitəcək? 5 ssenari

Müharibə necə bitəcək? 5 ssenari

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Axios” nəşri İran müharibəsinin necə bitəcəyinə dair mümkün ssenarilərlə bağlı məqalə dərc edib.

“Qafqazinfo”nun məlumatına görə, məqalədə bildirilir ki, ABŞ Prezidenti Donald Tramp və Pentaqondan gələn qarışıq siqnallar müttəfiqləri, bazarları və qanunvericiləri İran müharibəsinin necə və ya nə vaxt bitəcəyini təxmin etməyə vadar edir.

Qeyd edilir ki, hər həftə daxildə iqtisadi ağrılar və xaricdə qeyri-sabitlik daha da dərinləşir, bu isə Tramp üçün ara seçkilərdən əvvəl siyasi riskləri artırır.

“Tramp bazar ertəsi günü ABŞ-nin artıq müharibəni udduğunu, “amma kifayət qədər qazanmadığını” söyləyib. “CBS News”a verdiyi müsahibədə isə müharibənin “demək olar ki, tamamlandığını” bildirib”, - materialda deyilir.

Nəşrin təqdim etdiyi ssenarilər belədir:

1. Atəşkəs və nüvə sazişi

İranın nüvə silahı proqramına son qoymaq “Epik Qəzəb” əməliyyatı başlayandan bəri Trampın əsas məqsədlərindən biri olub.

İran və ABŞ müharibə başlamazdan bir neçə gün əvvəl Cenevrədə dolayı nüvə danışıqlarının üç raundunu keçiriblər, lakin Trampın elçiləri sonda Tehranın razılaşmaya ciddi yanaşmadığına qərar veriblər.

Tramp bazar ertəsi “Fox News”a bildirib ki, danışıqların yenilənməsi “mümkündür”, lakin o, Müctəba Xameneinin atasının yerinə Ali Lider vəzifəsinə təyin edilməsindən məyus olub.

Zərbələr başlamazdan bir gün əvvəl Omanın vasitəçiləri İranın heç vaxt zənginləşdirilmiş uran ehtiyatı saxlamamağa razı olduğunu və sülhü “əlçatan” adlandırdıqlarını bildiriblər. Müharibənin gələcək danışıqlara necə təsir edəcəyi bəlli deyil.

2. Venesuela modeli

Tramp İran üçün nümunə kimi ABŞ-nin yanvar ayında Prezident Nikolas Maduronun ələ keçirilməsini və onun varisi, Vitse-prezident Delsi Rodrigeslə işgüzar münasibətlərin qurulduğu Venesuelanı göstərib.

Tramp İranın Müctba Xameneinin təyinatı ilə “böyük bir səhv etdiyini” düşündüyünü və yeni Ali Liderin uzunömürlü olmayacağını bildirib.

İran-Venesuela müqayisəsinin əhəmiyyətli çatışmazlıqları var. Ekspertlər deyirlər ki, onlara ekvivalent kimi yanaşmaq İslam Respublikasının güc strukturlarını nəzərə almamaqdır.

Rejim 47 illik sanksiyalardan, müharibələrdən və daxili üsyanlardan sağ çıxıb - istənilən liderdən daha uzunömürlü olmaq üçün hazırlanmış hərbi, dini və siyasi institutlarla özünü möhkəmləndirib.

Rejim dəyişikliyi tələb edərək, həyatlarını təhlükəyə atan İran etirazçıları üçün ABŞ tərəfindən dəstəklənən bir lider azadlıq deyil, xəyanət kimi qəbul edilə bilər.

3. Xalq üsyanı və rejimin süqutu

Dağılma potensialı realdır. Ayətullah Xamenei öldü, iqtisadiyyat çökdü və İran müharibə başlamazdan bir neçə həftə əvvəl 1979-cu il inqilabından bəri ən böyük etirazlarını yaşadı.

İsrail Baş naziri Benyamin Netanyahu aksiyaları “cəsur İran xalqının öz taleyini öz əlinə alması üçün şərait” kimi qiymətləndirdi.

Amma İran müxalifətinin vahid lideri və mütəşəkkil qüvvəsi yoxdur.

Mühacirətdəki vəliəhd şahzadə Rza Pəhləvi ən populyar müxalifət fiqurlardan biridir, lakin o təxminən 50 ildir İranda yaşamır.

İsrail tərəfindən dəstəklənən kürd qüvvələri müəyyən dəstək verə bilər, lakin risklər əhəmiyyətlidir, o cümlədən, İranın Suriyaya çevrilməsi ehtimalı var.

4. Xüsusi qüvvələr nüvə ehtiyatlarını ələ keçirir

ABŞ və İsrail yüksək zənginləşdirilmiş uran ehtiyatını ələ keçirmək və ya məhv etmək üçün İrana xüsusi qüvvələr göndərməyi müzakirə ediblər.

Bu ssenari müharibəni siyasi həll yolu ilə deyil, nüvə təhdidinin fiziki olaraq aradan qaldırılması ilə başa vurur.

5. Tramp qələbə elan edir və geri çəkilir

Bu ssenaridə Tramp Tehranda əsas siyasi vəziyyətin həll olunub-olunmamasından asılı olmayaraq, İranın raket və PUA imkanlarının kifayət qədər zəiflədiyinə qərar verir, tarixi bir qələbə elan edir və geri çəkilir.

Əməliyyatın bitməsi həmçinin İsrailin razılığını tələb edə bilər. İsrail tək hərəkət etməyə hazır olduğunu göstərdi, Vaşinqtonla və ya Vaşinqtonsuz İranın nüvə təhdidini birdəfəlik aradan qaldıracağına söz verdi.

İrandakı müharibə çox xəbərdarlıq edilmədən başladı. Bu, sonluq üçün də doğru ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Mart 2026 06:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri