Tramp BRİKS ə meydan oxudu: Kiçik bir qrup var, sürətlə sönür
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
BRİKS-ə üzv ölkələrə 10% əlavə rüsumlar tətbiq etməyi səsləndirdikdən sonra alyans zəifləməyə başladı.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, BRİKS ölkələri dollara meydan oxumaq istəyiblər. Tramp bu səbəbdən hərəkətə keçməyə qərar verdiyini vurğulayıb:
"BRİKS adlı bu kiçik qrup var. Qrup sürətlə sönür, amma məsələ ondadır ki, onlar dolları, onun hökmranlığını sarsıtmağa cəhd etmək istəyirdi. Və mən də dedim: "Biz bütün BRİKS ölkələrinə 10% rüsum tətbiq edəcəyik".
Tramp əlavə edib ki, onun təhdidlərindən sonra BRİKS ölkələri, demək olar ki, heç kimin iştirak etmədiyi toplantı keçirib:
"Onlar dedilər ki: "Bizdən əl çəkin. Biz istəmirik ki, bizə tariflər tətbiq edilsin". Bu, möhtəşəmdir".
Baxış sayı:119
Bu xəbər 19 İyul 2025 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















