Tramp bu gün TikTok un satışı ilə bağlı sərəncam imzalayacaq
Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Prezident Donald Tramp bu gün TikTok-un ABŞ əməliyyatlarının satışı ilə bağlı danışıqların 2024-cü il qanununun tələblərinə cavab verdiyini bəyan edən sərəncam imzalayacaq.
Banco.az xəbər verir ki, Trampın imzalayacağı fərman TikTok -un ABŞ-dakı aktivlərinin satışını uzadacaq .
Ağ Evdəki mənbələrə görə, bu addım TikTok-un ABŞ aktivlərini qlobal platformadan ayırmaq, amerikalı investorları tapmaq və yeni mülkiyyəti qanuna əsasən tam imtina kimi qiymətləndirmək səyləri fonunda atılıb .
Daha əvvəl qanunun icrasını dekabrın ortalarına qədər təxirə salan Tramp 170 milyon ABŞ istifadəçisi olan TikTok-un yenidən seçilməsində ona kömək etdiyini və şəxsi hesabında 15 milyon izləyiciyə çatdığını bildirib.
Ağ Ev də keçən ay rəsmi "TikTok" hesabı açıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 25 Sentyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















