Icma.az
close
up
RU
Türklərin Yeni il bayramı: NARDUĞAN Xristianlar onu necə mənimsəyiblər...

Türklərin Yeni il bayramı: NARDUĞAN Xristianlar onu necə mənimsəyiblər...

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

2025-ci ilin sonudur. Dünyanın bütün xalqları bayram əhvalına köklənib. İlsonu kimisi üçün Yeni il, kimisi üçün isə həzrəti İsanın doğuşu olaraq qeyd edilən Milad bayramıdır. Yeni il bayramı daha çox xristianlar arasında dəb halını alıb. Əslində isə o, qədim türklərdən gəlmə adət-ənənə əsasında formalaşıb. Başqa sözlə, xristianlar Yeni il bayramını türklərdən götürüblər.
Türklərdə şam ağaclarının bəzədilməsi ənənəsi qədim dövlərdən mövcud olub...

Ağ şam (Ağcaşam) ağacı Yer üzünün tam ortasında – Orta Asiyada bitir.

Qədim türklər onu həyat ağacı da adlandırırdılar. Bu ağacı bütün xalçalarımızda, kilimlərimizdə, tikmələrimizdə bir obraz kimi görə bilərsiniz.


Günəş türklər üçün çox önəmlidir. Onların inancına görə, gecələrin uzanıb gündüzlərin qısaldığı 22 dekabrda gecə-gündüz toqquşur.

Uzun sürən savaşdan sonra 22 dekabrda gündüz gecəni məğlub edərək qalib gəlir.

Bu, türklərin ağ şam ağacının altında böyük şənliklərlə qeyd etdiyi Günəşin qələbəsi və yenidən doğulmasıdır.

Məhz bu səbəbdən 22 dekabr tarixi türklər üçün çox əhəmiyyətlidir.
Günəşin yenidən doğulması həyatın yeni bir doğuşu kimi qəbul edilir.

Türk toplumları bu bayramı NARDUĞAN adlandırırlar (nar-günəş, duğan-doğan deməkdir), yəni Günəş doğuşu.
Müxtəlif türk xalqlarına və onların ləhçələrinə görə bayramın adı dəyişsə də, onun forması dəyişmir. Məsələn: tatarlar bu bayrama “Koyaş tuğa” (yəni “Günəş doğan”), başqırdlar və udmurtlar “Narduqan” və ya “Marduqan”, çuvaşlar “Nartavan” və ya “Nartuken” deyirlər.

Qədim türklər Günəşi geri verdiyinə görə Tanrı Ülgenə dua edirdilər.

Duaları Tanrıya yetişsin deyə, ağacın altına hədiyyələr qoyurdular: budaqlarına rəngli saplar bağlayaraq, Tanrıdan o il üçün arzular diləyirdilər...

Bu bayram üçün evlər təmizlənir, gözəl paltarlar geyinilirdi. Ağacın ətrafında mahnı oxunur, qopuz çalınır, rəqs edilir, müxtəlif əyləncələr təşkil edilirdi.

Yaşlılara - babalara, nənələrə baş çəkməyə gedirdilər. Onlarla bir araya gəlib təzə və qurudulmuş meyvələr, xüsusi yeməklər, şirniyatlar yeyilir, şənlənirdilər (Şaxta baba və Qar qız obrazları da buradan götürülüb).

İnanclara görə, bayram qohum-əqrəba bir yerə yığışaraq qeyd olunardısa, insanların ömrü uzanar, bəxtəvərlik artardı.


Ağ şam ağacı yalnız Orta Asiyada bitir.

Ərəblər bu ağacı tanımırdılar. Fələstində bu ağacın yetişməsi iqlimə görə mümkün deyil. Belə olan halda şam ağacını bəzəmə ənənəsinin İsanın doğuşuna da aidiyyatı yoxdur.
Qədim türklər isə ağ şam ağacını ölümsüzlüyün simvolu olaraq qəbul edirdilər.
Bəzi tarixi mənbələrdə bu bayramın məhz türklərdən xristianlara keçdiyi, Avropaya gedən hunlardan götürüldüyü də deyilir.

Beləliklə, bu bayramın həzrəti İsanın doğulması ilə heç bir əlaqəsi yoxdur. Bu ənənənin ərəblərə müxtəlif səbəblərlə Mesopotamiyaya köçmüş islamaqədərki türklərdən keçdiyi, daha sonra oradan Anadolu vasitəsilə Avropaya yayıldığı və günümüzə qədər gəlib çatan Yeni il bayramı olduğu sanılmaqdadır. Xristianlar qədim türklərdən mənimsədikləri Narduğan bayramının adını dəyişdirərək, onu Milad adıyla yenidən dünyaya təqdim ediblər.
Narduğan bayramı hər il 22 dekabrdan sonra gələn ilk bütöv ayda qeyd olunur.

P.S. Bu il qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03-də daxil olub. Bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində yay fəsli başlayıb.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirib və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olub. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olub.

Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.

Narduğan bayramınız mübarək!
Ə.Qafarlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Dekabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see216

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see174

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see169

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see152

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see129

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri