Tramp bu NATO ölkəsinin bir hissəsinə göz dikdi: Gerbi təcili dəyişdirdilər FOTO
Icma.az bildirir, Publika.az portalına istinadən.
Danimarka monarxı Frederik X krallığın gerbinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edib. Buna səbəb Donald Trampın Qrenlandiyanı almağa hazır olması ilə bağlı bəyanatı olub.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazır.
Dəyişikliklər Frederikin 2024-cü il yanvarın 14-də taxta çıxmasından dərhal sonra təyin edilmiş komitənin tövsiyəsi əsasında edilib.
500 il ərzində kral gerblərində 1397-1523-cü illərdə Danimarka tərəfindən idarə olunan Danimarka, Norveç və İsveç arasında Kalmar İttifaqının simvolu olan üç tac var idi. "Lakin gerbin yenilənmiş versiyasında taclar artıq aktual olmadığına görə çıxarılıb”, - deyə kral izah edib və müvafiq olaraq Qrenlandiya və Farer adalarını təmsil edən daha görkəmli ağ ayısı və qoçla əvəz edilib.
Bir il əvvəl taxtdan getdikdən sonra anası Kraliça II Marqretdən tacı miras alan Frederik X, beləliklə, ada muxtariyyətlərinin Danimarka Krallığına məxsus olduğunu vurğulayıb.
Qeyd olunur ki, bu, adanın xarici və təhlükəsizlik siyasətinə nəzarəti davam etdirən Qrenlandiyanın Kopenhagenlə münasibətlərində gərginliyin artdığı bir dövrdə edilib.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiya və Panama kanalını almaqda ciddidir. Trampın Qrenlandiyanın Amerikaya birləşdirilməsi planının həyata keçirilməsi NATO üçün fəlakətli nəticələrə səbəb ola bilər. Qrenlandiyanın baş naziri Mute Egede müstəqillik ideyasını müdafiə edir və “müstəmləkə dövrünün buxovlarını” aradan qaldırmağa çağırır.
Akqabay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 07 Yanvar 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















