Icma.az
close
up
RU
Tramp bunu etməsə, Bitkoin bu tarixlərdə yenidən ucuzlaşacaq Ekspertdən açıqlama

Tramp bunu etməsə, Bitkoin bu tarixlərdə yenidən ucuzlaşacaq Ekspertdən açıqlama

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Bitkoinin qiyməti tarixdə ilk dəfə 93 min dolları keçərək bütün zamanların ən yüksək həddini yeniləyib.
Yeniavaz.com
xəbər verir ki, bu gün səhər saatlarında Bitkoinin qiyməti 88,3 min dollara qədər ucuzlaşsa da, sonradan yenidən artmağa başlayıb. Bu gün günorta saatlarında Bitkoin yenidən 91 min dollara kimi bahalanıb.
Məlumat üçün bildirək ki, Bitkoinin qiyməti Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra kəskin şəkildə artıb. 10 gün əvvəl – noyabr ayının 4-də Bitkoinin qiyməti 67 min dollar olub.
Bəs görəsən, Bitkoinin qiyməti bundan sonra hansı səviyyəyə kimi bahalana bilər?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, Bitkoinə marağın artması və bu səbəbdən də qiymətlərin kəskin yüksəlməsinin əsas səbəbi ABŞ-nin yeni seçilən Prezidenti Trampın kriptovalyutalar ilə bağlı verdiyi açıqlamalar olub:
“Tramp seçkiqabağı təşviqat kampaniyalarında davamlı olaraq rəqəmsal aktivləri dəstəklədiyini bəyan edib.  Bu sahənin investorları Trampın qələbəsindən sonra böyük miqdarda kriptovalyutalar almağa başlayıblar. Eyni zamanda kriptovalyutaların, o cümlədən də Bitkoinin bahalanmasının əsas səbəblərindən biri Trampın ən yaxın adamlarından biri olan İlon Maskın da bu sahəyə maraq göstərməsidir. Bildiyimiz kimi, İlon Mask tez-tez sosial şəbəkə hesablarında Doqekoin adlı kriptovalyutanı təbliğ edir. Təsadüfi deyil ki, Trampın prezident seçilməsindən sonra Doqekoinin qiyməti Bitkoindən də çox artıb”.

Allahverdi Aydın
Ekspert bildirir ki, investorların Donald Tramp və onun komandasından kriptovalyutalarla bağlı gözləntiləri var:
“Onlar hesab edirlər ki, Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra rəqəmsal aktivlər, o cümlədən də kriptovalyutalarla bağlı yeni qanunvericilik təşəbbüsləri göstərəcək. Çünki hazırda ABŞ-də kriptovalyuta bazarını tənzimləyəcək qanunlar mövcud deyil. Əgər Tramp səlahiyyətlərinin icrasına başladıqdan qısa müddət sonra bu sahədə real addımlar atmasa, insanların Bitkoinə olan marağında azalma olacağı gözlənilir. Bu da öz növbəsində qiymətlərin bir qədər aşağı düşməsinə səbəb olacaq. Hesab edirəm ki, bu mövzu Tramp üçün hazırda bir o qədər də əhəmiyyət daşımır. Böyük ehtimalla, Tramp prezidentliyinin ilk vaxtlarında daha çox Çin və Ukrayna ilə bağlı məsələlərə, həmçinin neft hasilatının artırılmasına diqqət edəcək. Belə olan halda, Bitkoin qiymətlərində yenidən ucuzlaşma qaçılmaz olacaq. Tramp səlahiyyətlərinin icrasına bu ilin yanvar ayında başlayacaq. Ehtimal etmək olar ki, yaxın 2 ayda kriptovalyutaların, o cümlədən də Bitkoinin qiymətində artımlar davam edəcək. Hətta Bitkoin 100 000 dollara kimi bahalana da bilər. Amma qeyd etdiyim kimi, Tramp bu gözləntiləri vaxtında yerinə yetirməsə, fevral ayından etibarən Bitkoinin qiymətində ucuzlaşmalar olacaq”.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 14 Noyabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri