Tramp Çinin ABŞ mallarına tətbiq etdiyi cavab rüsumlarından danışdı: Hər bir fənddən istifadə edir
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Çinin ABŞ mallarına cavab rüsumları beynəlxalq ticarət qaydalarını pozur".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.
Tramp qeyd edib ki, Çin tariflərin nəticələrinin kompensasiya edilməsi məqsədilə "hər bir fənddən istifadə edir" və valyuta ilə manipulyasiya edir. O, həmçinin bunun "qaydalara uyğun olmadığını" vurğulayıb.
Donald Tramp etiraf edib ki, Çin aprelin 9-da qüvvəyə minməli olan 104% həcmində Çin mallarına əlavə rüsumların ləğvi ilə bağlı razılığa gələ bilər. Lakin Tramp əlavə edib ki, Pekin danışıqlara necə başlayacağını bilmir, çünki "onlar qürurlu insanlardır".
Xatırladaq ki, aprelin 4-də Çin bütün ABŞ mallarına 34%-lik cavab rüsumlarını elan edib və bu, aprelin 10-dan qüvvəyə minəcək. Buna cavab olaraq, ABŞ Çin məhsullarına yeni tariflər elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 09 Aprel 2025 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















