Tramp: Çinlə yaxşı münasibətlərimiz var
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp sentyabrın 23-də Ağ Evdə qəbul edəcəyi Çin Prezidenti Si Cinpinlə görüşünün “çox məhsuldar” olacağını bildirib.
Turkustan.az xəbər verir ki, Tramp Oval Ofisdə səhiyyə sektoru ilə bağlı keçirilən mətbuat konfransından sonra gündəmdəki məsələlərə münasibət bildirib.
Tramp Si Cinpinlə yaxşı münasibətlərinin olduğunu deyərək, Çin lideri ilə görüşməyi səbirsizliklə gözlədiyini vurğulayıb.
“Çox məhsuldar görüşümüz olacaq. Çinlə yaxşı münasibətlərimiz var, münasibətlərimiz çox yaxşı gedir. Prezident Si ilə yaxşı münasibətlərim var”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti Çinlə görüşdə yalnız süni intellekt məsələsini deyil, bir sıra digər mövzuları da müzakirə edəcəklərini qeyd edib.
Tramp Çinə yüksək tariflər tətbiq etdiyini xatırladaraq, bu məsələnin də görüş zamanı müzakirə olunacağını və iki ölkə arasında tariflərlə bağlı problemin həll ediləcəyini bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 19 Sentyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















