Icma.az
close
up
RU
Tramp çox kinli olduğunu üzə vurur TƏHLİL

Tramp çox kinli olduğunu üzə vurur TƏHLİL

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Rusiyanın üzərinə getməkdənsə, daha zəif olan Ukraynanın üzərinə gedir


Trampın məqsədi 180 gündən sonra seçkilər keçirib, Zelenskini dəyişib, yeni legitim hakimiyyətlə sənəd imzalamaqdır


ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti V.Zelenski barəsində aşağılayıcı ifadələr işlədib və onu sərt tənqid edib. Tramp deyib ki, komediya ustası Volodimir Zelenski ABŞ-ni qalib gələ bilməyəcəyi müharibəyə 350 milyard dollar xərcləməyə inandırıb. Ağ Ev rəhbəri bildirib ki, ABŞ Avropadan 200 milyard dollar çox xərcləyib: “Avropa pullarına zəmanət verilir, ABŞ-yə isə heç nə qayıtmayacaq”. Tramp Zelenskini Ukraynada prezident seçkilərinin keçirilməsi təklifini rədd etdiyinə görə də suçlayıb: “Seçkiləri olmayan diktator Zelenski tez hərəkət etməlidir, əks halda onun ölkəsi qalmayacaq”. ABŞ vitse-prezidenti Ceyms Devid Vens də deyib ki, Vaşinqton Ukraynada seçkilərin keçirilməsində israr edəcək: "Müharibə zamanı seçki keçirə bilməyəcəyiniz fikri gülüncdür. Və ABŞ Prezidenti Donald Tramp bunun baş verməli olduğunu açıq şəkildə bildirdi. Deməli, bilirsiniz ki, bu, Amerika siyasətidir. Kifayət qədər sadə və aydındır". ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts da deyib ki, Tramp Zelenskinin ritorikasına dözmək niyyətində deyil. Onun sözlərinə görə, Vaşinqtonun yardım müqabilində Ukraynanın mineral ehtiyatlarından istifadəyə dair təklif etdiyi razılaşma ilə bağlı Ukrayna tərəfində “təəccüblü müqavimət və ritorikanın artması” müşahidə olunur: “Biz inanırıq ki, Amerika vergi ödəyiciləri sərmayələrinin əksəriyyətinin əvəzini almağa layiqdirlər. Bu isə Ukraynaya fürsət verir, onlar bunun əslində nə olduğunu dərk etməlidirlər”. 

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Trampın “diktator” ittihamına cavab verib. O deyib ki, Ukrayna müasir Avropa tarixində ən dəhşətli hərbi hücuma və üç illik total müharibəyə tab gətirdi: "Ukrayna xalqı və onun Prezidenti Zelenski Putinin təzyiqlərinə boyun əyməkdən imtina etdi. Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz. Biz mövcud olmaq haqqımızı müdafiə edəcəyik". Avropa ölkələri də Trampın Zelenski haqqında fikirlərinə sərt reaksiya veriblər. Britaniyanın Baş naziri Keyr Starmer deyib ki, Zelenski demokratik yolla seçilmiş liderdir. Starmer həmçinin Zelenskinin Ukraynadakı seçkini təxirə salmaq qərarını yüksək qiymətləndirib. Almaniya kansleri Olaf Şolts da Zelenskini diktator adlandıran Trampın sözlərini səhv və təhlükəli hesab edib. 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev isə deyib ki, Zelenskini “seçkisiz diktator” adlandıran ABŞ Prezidenti Donald Tramp 200 faiz haqlıdır: “Seçkisiz diktator, Zelenski tələssə yaxşı olar, yoxsa ölkəsindən heç nə qalmayacaq. Əgər siz üç ay əvvəl mənə desəydiniz ki, bunlar Amerika prezidentinin sözləridir, gülərdim. Donald Tramp haqlıdır". 

Qeyd edək ki, Ukraynada ötən ilin martında keçirilməli olan prezident seçkiləri müharibə şəraitinə görə qeyri-müəyyən müddətə təxirə salınıb. Bundan sonra Putin “Zelenski ilə danışa biləcəyini, lakin onun legitimliyinin sual altında olduğu” iddiasını irəli sürüb. Trampın son açıqlaması da Putinin legitimlik tezisinin təkrarıdır. Bununla Zelenskiyə “şərtləri qəbul etməsə, hakimiyyəti dəyişə bilərik” mesajı verilir. 


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov "Sherg.az"a deyib ki, Ər-Riyad görüşündən sonra ABŞ artıq münaqişə tərəfi deyil, vasitəçi rolunu oynamaq istəyir. Ekspertin sözlərinə görə, əvvəllər ABŞ tam olaraq Ukrayna tərəfində idi: 


"Vasitəçiliyin isə bir neçə forması olur - manipulyativ və təşəbbüskar vasitəçilik. ABŞ bunun hər ikisini həyata keçirir. Görürük ki, ABŞ Rusiyanın üzərinə getməkdənsə, daha zəif olan Ukraynanın üzərinə gedir. Ən təhlükəli məqam budur. Rusiyanın tələblərindən biri odur ki, onlar Zelenski ilə anlaşmaya getmək istəmirlər. Yaxud, danışıqlara gedirlər, amma format liderlər səviyyəsində yox, Rusiyanın legitim saydığı qurumlar, yəni parlament və digər strukturların nümayəndələri arasında gedir. Trampın müəyyən etdiyi 180 gündən sonra seçkilər keçirib, Zelenskini dəyişib, yeni legitim hakimiyyətlə sənəd imzalamaqdır. Rusiyanın tələbi budur. Tramp administrasiyasının istək və gözləntiləri Rusiyanın tələbi ilə üst-üstə düşür. Tramp administrasiyası da Zelenskidən məmnun deyil. Hamı bilir ki, Tramp çox kinli adamdır. Necə ki, ABŞ-nin özündə, eləcə də beynəlxalq səviyyədə kimsə ona qarşı hansı söz, kəlmə sərf edibsə, onu yadında saxlayır və cavabını verir. Hazırda vəziyyət belədir. Əgər Tramp və Zelenski arasında şəxsi "söz güləşi" davam edərsə, bu, Rusiya üçün "yaşıl işıq" olacaq. Ancaq əsas məqam odur ki, Ukrayna haqqında Ukraynasız danışırlar. Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloqdur. Amma o, Ər-Riyad danışıqlarında birbaşa iştirak etməyib. Çünki onun mövqeyində bir az sərtlik müşahidə olunur. Kelloqun Ukrayna ilə yanaşı, Rusiyaya da təzyiq göstərmək planı var idi və onu açıqlamışdı. Amma biz gördük ki, Rusiyaya təzyiqlə bağlı hələ ortada heç nə yoxdur". 


Analitik vurğulayıb ki, Ukrayna müharibəsinə görə sanksiyaların bir növü diplomatik nümayəndəliklərin fəaliyyətini məhdudlaşdırmaq idi: 

"Amma müharibə gedə-gedə, anlaşma əldə edilmədiyi bir şəraitdə artıq qərar qəbul edilib ki, diplomatik missiyalar öz fəaliyyətini tam miqyasda bərpa etməlidir. Siyasi sanksiyanın bir hissəsi artıq yoxdur. Bu da o deməkdir ki, Ukraynaya ikinci dərəcəli tərəf kimi baxılır. Sadəcə, məlumat verilir ki, danışıqlar olub və siz də buna hazırlaşmalısınız. Zelenski də öz növbəsində buna dirəniş göstərir. Onun dirənişi təkcə Ukrayna üçün deyil, həm də Avropa üçün bir nümunədir ki, Avropa İttifaqı Ukraynanın arxasında daha sıx birləşsin. Əgər ABŞ Ukrayna üzərindən öz dəstəyini çəksə, kimsə onu əvəz etməlidir. Ən azı maliyyə baxımından bunu Avropa Birliyi edə bilər". 


F.Məmmədov əlavə edib ki, Zelenski seçkilərin keçirilməsinə etiraz etmədiyini bildirmişdi, amma müharibənin hansı formada bitməsi onun üçün maraqlıdır: 

"Ukraynada prezident seçkiləri keçirilməməlidir. Ölkədə hərbi şərait, hərbi vəziyyət var. İstəyir Zelenski lap 10 il prezident olsun, hərbi şəraitdə seçki keçirilmir. Bu, ümumiyyətlə müzakirə mövzusu olmamalıdır. Zelenski Trampa xoş gəlmək, hansısa məsələləri yoluna qoymaq üçün seçkiyə gedə biləcəyini deyir. Amma Trampın təklifləri Ukrayna və Zelenskinin maraqlarına ziddirsə, o, niyə buna getməlidir? Bəs yüzminlərlə insanın qurban verilməsi, şəhərlərin dağıdılması necə olsun? Belə şəraitdə hansı danışıqdan, atəşkəsdən söhbət gedir? Atəşkəsə 1994-cü ildə biz nail olmuşduq. Amma onun bir çərçivəsi, yəni BMT-nin qətnamələri, ATƏT-in Minsk qrupu və s. var idi. İndi bunlar yoxdur. Atəşkəsə nail olunursa, ərazilərin Rusiya və yaxud Ukraynaya aid olması məsələsi orada qeyd ediləcəkmi? Rusiya istəyir ki, qeyd olunsun. Amma bu, mümkün olmayacaq axı. Ukrayna rəhbəri istəsə belə, mümkün deyil. Bunun üçün daxili qanunvericiliyi, Konstitusiyanı dəyişməlidir. Böyük bir prosedurdur. Biz deyirik ki, beynəlxalq hüquq yoxdur. Yaxşı, beynəlxalq hüquq yoxdur, təşkilatlar iflasa uğrayıb. Yerli qanunvericilik var axı. Trampın başlatdığı bu proses nəticəyə hesablanmayıb. Sadəcə, bu proses vasitəsilə Rusiya ilə normallaşmaya nail olmağa çalışırlar. Diplomatik missiyaların açılması qərarı da bundan xəbər verir. Eyni zamanda Avropaya təsiretmə mexanizmidir. Məqsəd öz istəklərinə çatmaqdır. NATO ölkələri ÜDM-nin 5 faizini xərcləsinlər. Həmçinin, bu xərclənməyə nəzarət etmək, silahın ABŞ-dən alınmasını təmin etmək istəyir. Rusiya üçün bu, münbit şərait yaradır. Burada digər oyunçular da var. Məsələn, Çin görür ki, bu strateji xətt ona qarşı ünvanlanıb. İran da baxır ki, Rusiya onun maraqlarını qurban verə bilər". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Fevral 2025 06:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see425

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see409

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see323

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see293

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see272

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see263

Hindistan Rusiyanın bu təyyarələrini almaqdan imtina etdi

05 Avqust 2026 01:22see260

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see252

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see216

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see211

Gəncə icra hakimiyyətinə yeni texnikalar alınıb

05 Avqust 2026 16:59see201

Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06 Avqust 2026 00:07see200

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see200

Qarabağda qeydə alınan nadir heyvanlar SİYAHI

05 Avqust 2026 07:01see195

Özgür Özəl həbs olunacaq

05 Avqust 2026 00:43see176

Müşfiqabadda qalmaqal: Sərxoş halda qəbiristanlığa gəlib insanları söydü

05 Avqust 2026 14:00see174

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar Video

05 Avqust 2026 21:14see173

ABŞ Braziliya səfirinin vizasını ləğv etdi

05 Avqust 2026 06:40see173

Çempionlar Liqası: “Orhus“ “Sabah“ matçı başladı YENİLƏNİR

05 Avqust 2026 21:12see172

Fransada sosial gərginlik aviaşirkət işçiləri tətilə başlayır

05 Avqust 2026 02:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri