Tramp, Demokratları və ABŞ mediasını İran məsələsində sərt tənqid edib
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trump Demokrat siyasətçiləri və ABŞ mediasının bir hissəsini İran məsələsində kifayət qədər razı qalmamaq və qərəzli mövqe sərgiləməkdə günahlandırıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda Demokratları və bəzi Amerika mediasını ABŞ-nin İrana qarşı əldə etdiyi “uğurları” görməzdən gəlməkdə ittiham edib.
Prezident Tramp paylaşımında The New York Times, The Wall Street Journal və CNN kimi media qurumlarını hədəf alaraq bildirib ki, “Demokratlar və media tamamilə yolunu azıb, sanki dəli olublar.”
Hörmüz Boğazındakı proseslərlə bağlı tənqidlərə də cavab verən Tramp belə deyib:
“Əgər İran ABŞ qarşısında məğlubiyyətini qəbul edib təslim olsa, donanmasını və hava qüvvələrini tamamilə itirdiyini etiraf etsə, bütün ordusu silahlarını yerə qoyub əllərini qaldırsa və hamısı ‘Təslim oluram’ deyə qışqırsa belə, ABŞ mediası yenə də bu müharibəni İranın qazandığını yaza bilər.”
Tramp İranla bağlı ABŞ hücumlarının başladığı gündən etibarən həm sosial şəbəkələrdə, həm də mətbuat konfranslarında Demokratlara və ABŞ mediasına sərt cavablar verməyə davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 27 May 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















