Icma.az
close
up
RU
Tramp elan etdi: “Nəhəng razılaşma” imzalandı

Tramp elan etdi: “Nəhəng razılaşma” imzalandı

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Yaponiya ilə ticarət razılaşmasının tamamlandığını bildirərək, bu ölkənin ABŞ-yə 15 faiz gömrük rüsumu ödəyəcəyini açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Tramp “Truth Social” hesabında mövzu ilə bağlı etdiyi paylaşımda Yaponiya ilə əldə edilən razılaşmanı "bəlkə də indiyə qədər bağlanmış ən böyük razılaşma" adlandırıb. Yaponiyanın onun göstərişi ilə ABŞ-yə 550 milyard dollar sərmayə yatıracağını və əldə olunan gəlirin 90 faizinin ABŞ-yə çatacağını deyən Tramp “Bu razılaşma yüz minlərlə iş yeri yaradacaq. 

Daha əvvəl belə bir şey olmamışdı” ifadəsini işlədib. Tramp Yaponiyanın avtomobillər, düyü və digər bəzi kənd təsərrüfatı məhsulları daxil olmaqla ölkəsini ticarətə açacağını vurğulayıb. Yaponiyanın ABŞ-yə qarşılıqlı olaraq 15 faiz gömrük rüsumu ödəyəcəyini qeyd edən Tramp “Bu, ABŞ üçün çox həyəcanverici bir dövrdür. 

Xüsusilə də Yaponiyayla həmişə böyük münasibətlərimiz olduğu və bunu davam etdirəcəyimiz üçün”, – deyə bildirib. Digər tərəfdən, Tramp Ağ Evdə etdiyi çıxışında da Yaponiyayla əldə edilən razılaşmaya toxunaraq, maye təbii qaz (LNG) sahəsində də bir razılaşma ediləcəyini qeyd edib. Tramp, həmçinin Avropa və digər ticarət tərəfdaşları ilə də danışıqlar aparılacağını bildirib.

O, ölkələrə qarşı qarşılıqlı tarifləri açıqladığı 2 aprel tarixində Yaponiyaya 24 faiz tarif tətbiq ediləcəyini demişdi. Xatırladaq ki, bu ay Yaponiyaya göndərdiyi tarif məktubunda isə bu ölkəyə 1 avqustdan etibarən sektoral tariflərdən əlavə olaraq 25 faiz tarif tətbiq olunacağını bildirmişdi. Tramp məktubunda "bəlkə" düzəlişlərin edilə biləcəyini qeyd edərək, “Bu tariflər ölkənizlə münasibətlərimizdən asılı olaraq yuxarı və ya aşağı dəyişdirilə bilər”, – deyə əlavə etmişdi. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyul 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri