Tramp Ərdoğana yeni təyyarəsini göstərdi: 800 milyon dollar...
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti üçün Ankaraya gələn ABŞ Prezidenti Donald Trampı təyyarəsinin yanında qarşılayıb.
Axar.az xəbər verir ki, iki liderin salamlaşmasından sonra aralarında səmimi söhbət baş tutub və həmin anlar kameralara əks olunub.
Söhbət zamanı Tramp arxa planda görünən təyyarəsini göstərərək, "Bu təyyarənin ilk uçuşudur, ilk dəfədir uçur” deyib və onun tamamilə yeni olduğunu vurğulayıb.
Ərdoğan buna cavab olaraq "Bəli, bəli, bilirəm. Eşitmişəm" deyib.
Bu zaman tərcüməçi Ərdoğana təyyarənin hədiyyə olduğunu xatırladıb. Ərdoğan isə "Qətərdən gəlib" deyə əlavə edib.
Məlumat Trampa ingilis dilində çatdırıldıqdan sonra, o, təyyarənin dəyərinə də toxunaraq "Bəli, bəli... 800 milyon dollardır. Tamamilə yenidir" deyə bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 07 İyul 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















