Tramp futboldan yox, İrandan danışdı Maskerano GİLEYLƏNDİ
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“İnter Mayami” klubunun baş məşqçisi Xavier Maskerano bildirib ki, komanda martın 5-də Ağ Evdə keçirilən görüş zamanı ABŞ prezidenti Donald Trampın çıxışında siyasi məzmun olacağı barədə əvvəlcədən məlumatlandırılmayıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, başlanğıcda səfərin məqsədi klubun “Major League Soccer” çempionluğu münasibətilə təbrik edilməsi idi. Lakin ABŞ prezidenti çıxışı zamanı İranla hərbi qarşıdurma mövzusuna da toxunub.
Maskeranonun sözlərinə görə, komanda görüşün yalnız futbol mövzusu ilə bağlı olacağını düşünüb:
“Bizə demişdilər ki, bu səfər sadəcə çempionluq münasibətilə bizi təbrik etmək üçündür və yalnız futbol haqqında danışılacaq. Amma hər şey başqa cür oldu”.
Məşqçi əlavə edib ki, futbolçular tədbir üçün iki ay əvvəl razılaşdırılmış protokola uyğun davranıblar. Onun sözlərinə görə, komanda səfərin planlaşdırıldığı vaxtla hazırkı qlobal vəziyyət arasında fərqi anlayır.
“İnter Mayami” 2025-ci il MLS çempionatında qalib gəldikdən sonra Vaşinqtona dəvət olunub. Final oyununda klub “Vancouver Whitecaps” FC komandasını 3:1 hesabı ilə məğlub edib.
Futbolçular qarşısında çıxışı zamanı Donald Tramp ABŞ-ın İranla hərbi qarşıdurmada əldə etdiyi nəticələrdən də danışaraq üç gün ərzində 24 İran gəmisinin məhv edildiyini qeyd edib.
Baxış sayı:170
Bu xəbər 07 Mart 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















