Icma.az
close
up
RU
“Tramp görsənmək istədiyi qədər də cəsarətli adam deyil”Qüdrət Həsənquliyev

“Tramp görsənmək istədiyi qədər də cəsarətli adam deyil”Qüdrət Həsənquliyev

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

-Qüdrət bəy, ABŞ-da seçki öncəsi keçirilən rəy sorğularının əksinə olaraq Tramp böyük səs çoxluğu ilə inamlı qələbə qazandı. Sizcə niyə?

-Harris Yamayka-Hindisatan mənşəli qaradərili qadın olaraq öz karyerasının ən yüksək mərhələsinə qalxmışdı. O səhv və ya düz olmasından asılı olmayaraq, müstəqil qərar qəbul etmək gücündə olan lider təsiri bağışlamırdı. Vitse-prezident kimi də özünü göstərə, təsdiq edə bilmədi. O, yalnız, bəzən hətta yersiz gülüşləri ilə diqqət çəkə bilmişdi. Bütün xalqlar zəif liderləri bağışlamır. ABŞ-nin Əfqanıstandan dovşan qaçışı, Ukraynada, Yaxın Şərqdə müharibəni önləyə bilməməsi, Ukraynaya silah verməkdən çəkinməsi Bayden administrasiyasının satqın, yaxud qorxaq olmasının əlaməti kimi qəbul olunurdu. Bayden anlamırdı ki, ABŞ-nin Ukraynada məğlubiyyəti həm demokratların seçkilərdə məğlubiyyəti, həm də dünyada ABŞ-nin liderliyinə son qoyulması demək olacaq. Tramp iki dəfə məhz qadın namizədlərə qalib gəlib. ABŞ cəmiyyəti qadını, həm də qaradərili birisini prezident seçməyə hazır deyil. ABŞ-də irqçiliyin dərin kökləri var. Bundan başqa, Harris və Bayden adminstrasiyası Trampın soxsaylı cinayətlər törətməkdə təqsirli bilinməsindən istifadə edib 4 il ərzində onu məsuliyyətə cəlb edə bilmədi. Cəmiyyət iqtidarın bu zəifliyini də gördü. Tramp isə məharətlə yenidən seçilməyəcəyi təqdirdə cəmiyyəti seçkilərin nəticələrini tanımayacağı və inqilabla qorxudurdu. Bu taktika özünü doğrultdu.

-Tramp Ukraynada müharibəni dayandıra biləcəkmi?

-Tramp Ukraynanın kapitulyasiyası hesabına olsa da buna cəhd edəcək. Onun Rusiyaya həm də bir vəfa borcu var. Onun qələbəsini şərtləndirən əsas faktorlardan biri seçki ərəfəsi Rusiyanın Ukraynanın çoxsaylı yaşayış məntəqələrini ələ keçirməsi idi. 1994-cü ildə ABŞ Rusiya ilə birlikdə Ukraynanın təhlükəsizliyinə və ərazi bütövlüyünə ciddi təminat vermədən nüvə silahını onun əlindən aldı. ABŞ 2014-cü ildə Ukrayna ərazilərinin böyük bir qisminin işğalına göz yumdu, işğala yaşıl işıq yandırdı. Bu dəfə də Tramp Rusiya ilə birləşib sülh naminə Ukraynanı böyük torpaq itkilərinə məcbur edəcək. Tramp görsənmək istədiyi qədər də cəsarətli adam deyil. Əksi olsaydı, hakimiyyətdə olduğu 2016-2020-ci illərdə Rusiyanı Ukrayna ərazilərindən çıxmağa məcbur edə, ən azından buna cəhd edə bilərdi. O, güclə hesablaşan adamdı. Onun “raket adam” adlandırdığı Kim Yong Unla görüşmək üçün Koreya yarımadasına səfəri, güclü liderləri öyməsi də göz önündədir. Biz bunu nəzərə almalıyıq. Onun bizə qarşı yönələn seçkiqabağı verdiyi ermənipərəst bəyanatlardan da narahat olmağa dəyməz, o bütünlükdə seçki vədlərinin heç 20%-ni də yerinə yetirə bilməyəcək.

-Tramp ətarfındakı Robert Kennedi kimi ermənipərəst adamlarən təsiri ilə bizə promlemlər yarada bilərmi?

-Biz hər şeyə hazır olmalıyıq. ABŞ-yə münasibətimiz də adekvat olmalıdır. Ümid edirəm ABŞ Azərbaycanla əməkdaşlıq yolunu seçəcək.

-Trampın həyatına sui-qəsd ehtimalı yüksəkdirmi?

-ABŞ cəmiyyəti silahlanmış və zorakılığa meyillidir. Buna görə hər şey ola bilər. Əvvəllər də ABŞ prezidentlərinə sui-qəsdlər təşkil edilib, öldürülənlər olub.

-ABŞ-İran müharibəsini real sayırsınızmı?

-Trampa inansaq, o, bəyan etdi ki, onun prezidentliyi zamanı müharibələr olmayacaq və o müharibələri dayandıracaq. Ancaq onu qeyd edim ki, müasir dövrdə bu kimi açıqlamalar sülhə xidmət etmir və müharibələri stimullaşdırır. Vəhşilik, qəddarlıq, başqalarını idarə etmək, aşağılamaq istəyi, hərislik insana xas olan xüsusiyyətlərdir. Ona görə bu keyfiyyətlərə malik dövlət başçılarını dayandırmaq üçün güc tətbiqi yeganə vasitədir. İnanmaq istəyirəm ki, Pezeşkian müdrik insan kimi İranı müharibədən yayındıra biləcək, İsaraillə düşmənçiliyə son qoymağı bacaracaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Noyabr 2024 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri