Icma.az
close
up
RU
Tramp güzəşt etmədi Rusiyanı vuracaq raketlər Kiyevə verilir?

Tramp güzəşt etmədi Rusiyanı vuracaq raketlər Kiyevə verilir?

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Vladimir Zelenski cümə günü  yenidən Vaşinqtona gedəcək. “Axios”un məlumatına görə, Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək görüşdə Kiyevə verilə biləcək yeni silah paketi, o cümlədən “Tomahawk” tipli uzaqmənzilli raketlərin ötürülməsi məsələsi müzakirə ediləcək. Bu ehtimal Belarus lideri Aleksandr Lukaşenkonun kəskin reaksiyasına səbəb olub. Lukaşenko bəyan edib ki, əgər ABŞ bu raketləri Ukraynaya versə, vəziyyət “nüvə müharibəsi həddinə” qədər gərginləşə bilər. 

Bəs “Tomahawk” raketlərini bu qədər təhlükəli edən nədir və Vaşinqton həqiqətən belə bir addım ata bilərmi?

Hərbi eksperti Səxavət Məmməd Moderator.az-a açıqlamasında deyib ki,  son günlər “Tomahawk”  raketlərinin Ukraynaya verilməsi ciddi şəkildə müzakirə olunur. Onun  sözlərinə görə, müharibədən əvvəl də Rusiya-ABŞ arasında bu raketlərlə bağlı gərginlik yaşanmışdı:

“Tomahawk” raketləri əslində gəmilərdən və sualtı qayıqlardan istifadə üçün nəzərdə tutulub, lakin ABŞ tərəfi onları qurudan da buraxmaq üçün sistemlər yaradıb. Belə sistemlərdən biri “Aegis Ashore”dur. ABŞ bu qurğular vasitəsilə “Tomahawk” ların qurudan istifadəsini təmin edib. 1987-ci ildə məlum raketlərin yayılmaması ilə bağlı müqavilə imzalanmışdı, lakin ABŞ sonradan həmin müqavilədən çıxdı. “Tomahawk” raketlərinin qurudan buraxılması üçün nəzərdə tutulmuş sistemlər Rumıniya, Polşa, Böyük Britaniya və ABŞ-da yerləşdirilib. Əgər raketlər Ukraynaya veriləcəksə, onlar ya Rumıniyadan, ya Polşadan, ya da Böyük Britaniyadan tədarük edilə bilər. “Tomahawk” raketlərinin xüsusiyyəti ondan ibarətdir ki, onlar uzaqmənzilli və qanadlı raketlərdir, ciddi dağıntılara səbəb ola bilirlər. ABŞ tərəfi Ukraynadan söz almağa çalışır ki, bu raketlər yalnız hərbi obyektlərə qarşı istifadə olunsun. Bu məsələ hələ müzakirə mərhələsindədir və tətbiqi asan olmayacaq. Ümumilikdə görünən odur ki, ABŞ tərəfi raketlərin verilməsi niyyətindədir. Əgər bu baş verərsə, Rusiyanın da əlində kifayət qədər strateji silahlar var —  “Sarmat”,  “Avangard”, “Kalibr”, “Kinzhal”, “Oniks” və başqa sistemlər. Onlardan bəzilərindən indiyədək geniş istifadə edilməyib”.

Hərbi ekspert hesab edir ki, əgər “Tomahawk” raketləri Ukraynaya verilərsə, konflikt daha da dərinləşə və artıq qeyri-rəsmi şəkildə bu müharibəyə tərəflərin qoşulmasının açıq göstəricisi olacaq:

“NATO qeyri-rəsmi formada bu prosesə qoşulmuşdu. Bundan sonra müharibənin gedişi bir qədər dəyişəcək, fərqli istiqamətlərə yönələ bilər. “Tomahawk”ların verilməsi və bunun nəticəsində atılacaq addımları indidən demək asan deyil. Əhəmiyyətli olan veriləcək raketlərin sayıdır. İddialar var ki, ABŞ Ukraynaya   20–50 ədəd verilmək niyyətindədir. Cəbhə xəttinin uzunluğunu 1 000 kilometrdən çox olduğunu nəzərə alsaq, 50 raket Ukrayna üçün xüsusi fayda verməyəcək — bu çox azdır. 

“Tomahawk” raketi ABŞ-ın 1983-cü ildən bəri qatıldığı müharibələrdə geniş istifadə olunub və indiyə qədər təxminən minə yaxın raket işə salınıb; ən son nümunələrdən biri Suriyada 100 raketin istifadəsi olub. Bu raketlər münaqişənin ümumi gedişatını köklü şəkildə dəyişməyəcək. və Rusiyanın  payız qış kampaniyasını ləngidə bilər. Lakin müharibənin əsas gedişatı cəbhə xəttində həll olunur və bu gün elan olundu ki, Rusiya  Ukraynanın üç ərazisini də  işğal edib. Bu raketlər müharibənin nəticəsini təmamilə dəyişməyəcək. Əksinə, onların verilməsi münaqişəni daha da şiddətləndirə və ağırlaşdıracaq”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri