Icma.az
close
up
RU
Tramp “Harvard”ı siyasi alətə çevirir: Əslində ABŞ prezidenti bu universitetə...

Tramp “Harvard”ı siyasi alətə çevirir: Əslində ABŞ prezidenti bu universitetə...

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp Harvard Universitetindəki vəsaitləri dondurmaq qərarı aldı. Amerika lideri məşhur universitetə sanksiya tətbiq etməsinin səbəbi kimi təhsil ocağının antisemitist addımlar atdığını əsas gətirib.

Tramp bildirib ki, Harvard radikal solçuları və tələbələrə, eləcə də gələcək liderlərə uğursuz olmağı öyrədənləri işə götürür. Onun sözlərinə görə, bu səbəbdən Harvard Universiteti artıq təhsil almaq üçün layiqli yer sayıla bilməz və dünyanın ən böyük universitet, həmçinin kolleclərinin heç bir siyahısına daxil edilməməlidir.

Bakıvaxtı.az bildirir ki, iki gün əvvəl isə Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verib. Bir qrup Harvard professorunun atdığı bu addımın səbəbi universitetin milyardlarla dollar dəyərində maliyyə vəsaitindən məhrum edilməsi olub. İddiaçılar 2,2 milyard dollar məbləğində vəsaitin dondurulmasının qeyri-qanuni hesab olunmasını və bu qərarın ləğvini tələb ediblər. Qeyd olunub ki, bu maliyyələşmədən imtina Harvardı öz idarəetmə sistemini dəyişməyə, akademik proqramlarını və işə qəbul qaydalarını yenidən nəzərdən keçirməyə məcbur etmək məqsədi daşıyır.

Təhsil ocaqlarının siyasi məqsədlərdə alətə çevrilməsi nə dərəcədə doğrudur? Trampın atdığı bu addım gələcəkdə başqa ölkələrdə də tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Tramp tərəfindən Harvard Universiteti ilə bağlı verilən qərar doğru yanaşma deyil.

Onun sözlərinə görə, istənilən halda təhsil prosesini siyasi alətə çevirmək yanlışdır:

"Harvard Universiteti uzun illərdir ki, təhsil sahəsində öz hegemonluğunu qoruyub saxlayır. Bu universitetdən dünya miqyasında iqtisadi, siyasi və digər sahələrə istiqamət verən kifayət qədər tələbələr yetişib. Əslində ABŞ prezidenti Amerikanın inkişafı və vətəndaşlarının rifahı naminə daha çox maliyyə yardımı ayırmalıdır. Çünki Harvard Universitetinin məzunları özlərini müxtəlif sahələrdə yetərincə doğruldublar. Harvard Universitetini bitirən şəxslər ayrı-ayrı ölkələrdə müxtəlif sahələr üzrə mühüm töhfələr verirlər".

Elçin Əfəndi: Trampın Harvard Universiteti ilə bağlı qərarı doğru yanaşma deyil

Müsahibimizin fikrincə, Trampın universitetə qarşı atdığı addımlar və maliyyə imkanlarının məhdudlaşdırılması kimi bir təsir mexanimzindən digər ölkələrin istifadə edəcəyi gözlənilən deyil.

"Bu, yalnız hansısa universitetin müəllim və professor heyətinin ölkə qnunvericiliyinə zidd şəkildə çıxış etməsi halında baş verə bilər. Digər dövlətlərin Trampın bu qərarını örnək götürəcəyini düşünmürəm", - deyə Elçin Əfəndi qeyd edib.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Aprel 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri