Icma.az
close
up
RU
​Tramp həm hədələyir, həm də... Vaşinqton SEPAH rəsmiləri əlaqə saxlayır?

​Tramp həm hədələyir, həm də... Vaşinqton SEPAH rəsmiləri əlaqə saxlayır?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranla münaqişə və Hörmüz boğazı ətrafında yaranmış böhranla bağlı növbəti hədələyici bəyanatlarla çıxış edib.

Xıbər verdiyimiz kimi, Tramp bu dəfə Tehranla yanaşı Omana da hərbi zərbə endirə biləcəyini iddia edib.

"AzPolitika" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. "Fox News" telekanalına müsahibə verən ABŞ dövlət başçısı İranla gəmiçilik marşrutları barədə müstəqil danışıqlar aparan Omandan narazılığını gizlətməyib: "Əgər Oman bu işdə bizə mane olarsa, biz onları bombalayacağıq".

Xatırladaq ki, Oman uzun illərdir Vaşinqtonla Tehran arasında əsas vasitəçi rolu oynayır. Lakin son günlər İran və Oman Hörmüz boğazında gəmilərin keçidini tənzimləmək üçün birgə mexanizm üzərində razılığa gəldiklərini bəyan ediblər. 

Trampın bu sərt reaksiyası məhz Maskatın ABŞ-nin İranı tam təcrid etmək və boğaz üzərində nəzarət qurmaq strategiyasına müdaxilə etməsi narahatlığından qaynaqlanır.

Tramp İran rəhbərliyini "ağ bayraq qaldıraraq təslim olmağa" çağırıb. İran diplomatlarını "yaxşı poker oyunçuları" adlandıran ABŞ lideri, buna baxmayaraq, Vaşinqtonun tətbiq etdiyi dəniz blokadası və iqtisadi təzyiqlər səbəbindən Tehranın ağır vəziyyətdə olduğunu iddia edib: "Tələsmirəm, vaxt məhdudiyyətim də yoxdur. Lakin bir nömrəli məqsədimiz dəyişməz qalır – İran heç bir halda nüvə silahına sahib ola bilməz".

ABŞ Prezidenti həmçinin Vaşinqtonun İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmiləri ilə birbaşa əlaqə saxladığını və gizli kanalların mövcud olduğunu iddia edib.

Lakin İran tərəfi və SEPAH-a yaxın mənbələr bu iddianı təkzib edərək ABŞ ilə heç bir birbaşa təmasın olmadığını bildiriblər.

Qeyd edək ki, avqustun 17-də ABŞ və İran arasında müvəqqəti razılaşmanın (60 günlük) müddəti başa çatıb. Tehran bəyan edib ki, diplomatik səylər nəticə verməzsə, Hörmüz boğazında "tam hücum" mövqeyinə keçə bilər. Bu isə Yaxın Şərqdə genişmiqyaslı yeni hərbi toqquşma riskini maksimum dərəcəyə qaldırır.

Rasim

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Avqust 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri