Icma.az
close
up
RU
Tramp iki ölkəni hədələdi Sərt cavablar gəldi...

Tramp iki ölkəni hədələdi Sərt cavablar gəldi...

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni müharibənin əvəzinə bu ölkənin iqtisadi çöküşünü təmin etmək istəyir. Ağ Ev bu məqsədlə İrana qarşı yeni sanksiyalar paketi qəbul edib. ABŞ eyni zamanda hərbi gəmiləri vasitəsilə Hörmüz boğazının girişinə və çıxışa nəzarəti gücləndirib. Pentaqondan yayımlanan açıqlamaya görə, ABŞ hərbi gəmiləri Hörmüz boğazını minalardan təmizləyiblər. Bundan başqa ABŞ-ın Hörmüz boğazından neft və sıxılmış qaz daşıyan tankerlərin təhlükəsizliyini təmin etdiyi bildirilib. Halbuki SEPAH generalları bu məlumatları təkzib ediblər.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlunun şərhində bildirilib.

Politoloq qeyd edib ki, Donald Tramp İranla yanaşı, bu ölkə ilə müxtəlif formalarda əməkdaşlıq edən ölkə və şirkətləri cəzalandıracaqlarını da açıqlayıb:

“Siyahıda ilk sırada Çin gəlir. Donald Tramp İranla əməkdaşlıq edən Çin banklarına qarşı sanksiyaların tətbiq oluna biləcəyinə işarə edib. Tramp jurnalistin mövzuyla bağlı sualına cavab olaraq İranla əməkdaşlıq edən Çin şirkət və banklarının sanksiyalardan kənarda qalmayacağını vurğulayıb.

Çin rəsmiləri Trampın açıqlamasına sərt reaksiya veriblər. Pekin İranla əməkdaşlığa davam edəcəyini bildirib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Pekində keçirilən brifinqdə ABŞ-ın yeni sanksiyalarına münasibət bildirərək Çinin birtərəfli sanksiyalara qarşı olduğunu deyib. Onun sözlərinə görə, bu cür addımlar münaqişələrin daha da genişlənməsi riskini artırır.

Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin tərəflər arasında gərginliyin danışıqlar yolu ilə həllinə tərəfdar olduğu fikrini təkrarlayıb. Pekin Trampın hədəsi qarşısında geri çəkilərsə, bu, Çinin nüfuzunə zərbə vuracaq. Çin İran neftinin əsas alıcılarından biridir. Pekin Tehranla enerji və ticarət əlaqələrindən imtina etməyəcək.

Tramp avqustun 20-də verdiyi açıqlamada İrana qarşı beynəlxalq təcrid məqsədi daşıyan genişmiqyaslı iqtisadi kampaniyanın başladığını elan etmişdi. O, həmçinin söyləmişdi ki, maliyyə qurumlarına, şirkətlərinə, hava limanlarına və ya dövlət qurumlarına İranı dəstəkləməyə icazə verən ölkələr ciddi iqtisadi nəticələrlə üzləşəcəklər.

Vaşinqtonun hədəsinə Tehran da hədə ilə cavab verib. İran Xarici İşlər Nazirliyinin yayımladığı bəyanatda bütün müstəqil ölkələrin ABŞ-ın İrana qarşı iqtisadi müharibəsində iştirakdan imtina etməsi və istənilən sanksiyanı rədd etməsi gərəkliyi vurğulanıb. SEPAH komandanlığının hədəsi daha sərtdir. İran generalları ABŞ-ın sanksiyasina riayət edən ölkələri hədəf seçəcəklərini açıqlayıblar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 Avqust 2026 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see385

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see356

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see341

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see335

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see328

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see290

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see285

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see273

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see263

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see257

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see248

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see245

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see240

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see236

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see234

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see211

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see209

Süni intellektlə beyin əməliyyatı: Dünyada ilk uğur

28 Avqust 2026 22:43see208

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see200

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri