TRAMP İKİ ÖLKƏYƏ QOŞUN YERİDƏCƏYİNİ İSTİSNA ETMƏDİ: Buna söz verə bilmərəm, nələrsə etməliyəm
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-ın yeni prezidenti Tramp Floridadakı Mar-a-Laqo şəhərciyində mətbuat konfransında dünyanın hakim kəsildiyi mesaj verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, son bir ayda ərazi iddiası irəli sürdüyü Panama kanalı və Qrenlandiyaya hərbi qoşun yeridə biləcəyini istisna etməyib.
Tramp Panama kanalı və Qrenlandiyaya nəzarət etmək üçün hərbi gücdən istifadə edib-etməyəcəyi suala təsdiqləyici cavab verib: "Belə bir halın olmayacağına sizə zəmanət verə bilmərəm. Bəlkə də nəsə etməli olacağıq. Onlar bizim iqtisadi təhlükəsizliyimiz üçün vacibdir".
Tramp daha ssonra bildirib ki, Panama kanalını vaxtilə ABŞ ordusu tikib, lakin bu gün əsas rəqibləri ora sahiblənib: "Panama kanalı ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Panama kanalını biz Panamaya verdik, amma bu gün kanalı çinlilər idarə edir. Biz o kanalı heç vaxt Çinə vermədik".
Lamiyə ƏHMƏDLİ
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 08 Yanvar 2025 01:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















