Tramp İllinoys Milli Qvardiyasını federal nəzarətə keçirməyə hazırlaşır
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp İllinoys ştatının Milli Qvardiyasından olan 300 əsgəri federal nəzarətə keçirməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bunu ştatın qubernatoru Cey Pritsker bildirib.
“Tramp 300 Milli Qvardiya əsgərini federal nəzarətə keçirmək niyyətindədir”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Ağ Ev ultimatum irəli sürərək Milli Qvardiyanın istifadəsini tələb edib, lakin qubernator bu tələbi rədd edib. Pritsker vurğulayıb ki, ştatda hərbçiləri yerləşdirməyə ehtiyac yoxdur.
Daha əvvəl ABŞ lideri bəyan etmişdi ki, Çikaqo cinayət səviyyəsinin yüksək olduğu şəhərlər siyahısındadır və bu vəziyyətlə mübarizə aparmaq üçün ora Milli Qvardiyanın hərbçilərini göndərməyi planlaşdırır.


