“Tramp inaqurasiya üçün kriptovalyuta şirkətlərindən milyonlarla dollar alıb” “Bloomberg”
Kriptovalyuta şirkətləri ABŞ Prezidenti Donald Trampın inauqurasiya komitəsinə milyonlarla dollar ianə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, “Coinbase Inc.”, “Crypto.com”, “Galaxy Digital”, “Paradigm Operations” və “Payward Inc” hər biri Trampa 1 milyon dollar, “Robinhood Markets” isə 2 milyon dollar ianə göndərib. Nəşr xatırladır ki, əvvəllər Tramp kriptovalyuta sənayesinə şübhə ilə yanaşıb, lakin sonradan onun mövqeyi dəyişib. Ağ Evə qayıdaraq, o, ABŞ-ni “planetin kriptovalyuta paytaxtı”na çevirmək üçün sərəncam imzalayıb və investor Devid Saksı ABŞ administrasiyasının süni intellekt və kriptovalyutalar sahəsində siyasətinə cavabdeh təyin edib.
Qeyd edilib ki, təsis komitəsi, Tramp administrasiyası tərəfindən daha yaxşı rəftar olunacağına ümid edən digər müəssisələrdən də ianələr alıb. Məsələn, Amerikanın neft və qaz nəhəngi “Chevron” 2 milyon dollar ianə edib ki, bu da təşkilatın Trampın ilk andiçmə mərasimi üçün ayırdığı 525 min dollardan xeyli çoxdur. Donorlar arasında “ChatGPT” xidmətinin “OpenAI”nin yaradıcısı olan texnoloji nəhəng “Amazon”, “Meta” korporasiyası, “Goldman Sachs Group” bank qrupu, “Johnson & Johnson və Bayer Corporation” əczaçılıq şirkətləri də var.
Baxış sayı:13
Mənbə:https://yeniavaz.com
dollar ianə
milyon dollar
525 min
abş administrasiyasının
abş ni
abş prezidenti
administrasiyası tərəfindən
administrasiyasının süni
amerikanın neft
andiçmə mərasimi
ayırdığı 525
ağ evə
bank qrupu
bloomberg məlumat