Icma.az
close
up
RU
Tramp İrana qarşı yeni cəbhə açdı: Hədəfdə...

Tramp İrana qarşı yeni cəbhə açdı: Hədəfdə...

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-İran qarşıdurmasında hərbi əməliyyatların ardınca yeni mərhələ başlayıb. Vaşinqton hazırda Tehrana qarşı birbaşa hərbi gücdən daha çox iqtisadi təzyiq, dəniz blokadası və neft ixracının məhdudlaşdırılması kimi vasitələrə üstünlük verir. 

Maraqlıdır, bu Vaşinqtonun taktiki geri addımı kimi qiymətləndirilə bilərmi, yoxsa bu, İranı hərbi yolla deyil, iqtisadi və sosial təzyiq vasitəsilə zəiflətməyə hesablanmış yeni strategiyadır? 

Bu siyasət SEPAH-ın mövqelərini zəiflədə, Tehranda daxili siyasi təzyiqi artıra bilərmi və Donald Trampın Konqres seçkilərindən sonra İrana qarşı hərbi əməliyyatlara yenidən qayıtması nə dərəcədə realdır?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Oqtay Qasımov açıqlama verib. 

Politoloq qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp son altı ay ərzində İranla anlaşma əldə etmək məqsədilə müxtəlif vasitələrdən istifadə edib:

"Bu müddətdə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirilib, İranın ali rəhbərliyi, eləcə də ölkənin siyasi və hərbi elitasının bir sıra mühüm nümayəndələri aradan götürülüb. İrana ciddi zərər vurulmasına, ümumi itkilərin təxminən 300 milyard dollar həcmində qiymətləndirilməsinə baxmayaraq, Tehranın tam şəkildə təslim olmasına nail olmaq mümkün olmayıb və tərəflər arasında yekun anlaşma əldə edilməyib.

Bundan sonrakı mərhələdə Donald Tramp administrasiyası İranla danışıqlar masasına oturdu. İyun ayında müəyyən razılaşma əldə edilsə də, bunun uzunmüddətli olmayacağı əvvəlcədən aydın görünürdü. Çünki tərəflərin məsələlərə yanaşmaları, qarşılıqlı açıqlamaları və öz maraqlarının təmin olunmasına dair mövqeləri arasında ciddi ziddiyyətlər mövcud idi. Bu isə münasibətlərin sonrakı mərhələdə daha da sərtləşəcəyini göstərirdi.

Bu prosesdə Körfəz ölkələrinin, o cümlədən Türkiyə və Pakistanın rolunu da xüsusi qeyd etmək lazımdır. Onlar ABŞ-ı İrana qarşı hərbi əməliyyatlardan çəkinməyə çağırdılar. Donald Tramp da məhz iki həftə əvvəl bəyan etdi ki, region ölkələrinin liderləri ilə apardığı danışıqlardan sonra hərbi əməliyyatları dayandırmaq qərarına gəlib. Bunun ardınca isə İrana qarşı iqtisadi blokadanın davam etdiriləcəyini və sanksiyaların daha da sərtləşdiriləcəyini açıqladı.

Əlbəttə, hərbi əməliyyatlar ciddi itkilərə səbəb olsa da, gözlənilən nəticəni vermədiyi üçün Donald Tramp administrasiyası prosesi daha uzunmüddətli və mərhələli müstəviyə keçirməklə İrana qarşı iqtisadi-siyasi təzyiq mexanizmlərini işə salmağa çalışır.

Şübhəsiz ki, iqtisadi sanksiyalar İrana ciddi təsir göstərəcək. Lakin nəzərə almaq lazımdır ki, İran dövləti və cəmiyyəti artıq 45 ildir davam edən iqtisadi sanksiyalar rejiminə müəyyən mənada uyğunlaşıb və bu şəraitdə yaşamağın yollarını bilir. Bu baxımdan, tətbiq edilən iqtisadi təzyiq, əlbəttə, İranı müəyyən dərəcədə zəiflədə bilər".

Oqtay Qasımov vurğulayıb ki,İranı yalnız bu təzyiq mexanizmləri vasitəsilə qısa müddətdə, necə deyərlər, ram etmək olduqca çətin olacaq:

"Bunun mümkün olduğunu düşünmürəm. Mən hesab edirəm ki, hazırda tətbiq edilən iqtisadi təzyiq mexanizmlərinin əsas məqsədlərindən biri İranın iqtisadi vəziyyətini daha da ağırlaşdırmaq, ölkə daxilində sosial narazılığı və etirazları gücləndirmək, eyni zamanda İran elitasında parçalanmanı dərinləşdirməkdir. 

Başqa sözlə, burada həm cəmiyyətdə narazılığın artırılması, həm siyasi elita daxilində parçalanmanın dərinləşdirilməsi, həm də mövcud ziddiyyətlərin kəskinləşdirilməsi yolu ilə ABŞ-ın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün daha geniş imkanlar əldə etməsi niyyəti görünür.

Bu baxımdan, Konqresdə keçiriləcək aralıq seçkilərə qədər İrana qarşı genişmiqyaslı yeni hərbi əməliyyatların başlanması real görünmür. Təbii ki, yalnız istisna hallar bu ssenarini dəyişə bilər. Seçkilərdən sonrakı mərhələdə isə proseslərin inkişafından asılı olaraq Donald Trampın yenidən daha sərt addımlara əl atması mümkündür. Burada əsas amillərdən biri də Konqresdə keçiriləcək aralıq seçkilərin nəticələri olacaq.

Əgər Trampın partiyası Konqresdəki mövqelərini qoruyub saxlaya bilsə və həm Konqresdə, həm də Senatda üstünlük respublikaçıların əlində qalarsa, Donald Trampın daha sərbəst hərəkət etmək və sərt qərarlar qəbul etmək imkanları genişlənəcək. 

Əks halda isə onun üçün belə addımlar atmaq, xüsusilə də İrana qarşı yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlamaq heç də asan olmayacaq".

Pərvin Şakirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Avqust 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see232

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see221

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see219

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see217

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see211

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see205

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see200

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see199

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see195

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see191

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see190

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see190

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see189

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see188

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see186

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see184

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri