İrana qarşı yeni cəbhə açılır?
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"BMT nizamnaməsinə əsasən, İran silahlı qüvvələri cinayətkar təcavüzünə qarşı durmaq və düşmən hərəkətlərinin qarşısını almaq üçün bütün zəruri müdafiə imkanlarından və vasitələrindən istifadə edir. Nəticə etibarilə bölgədəki düşmən qüvvələrinin bütün bazaları, qurğuları və aktivləri İranın özünümüdafiə tədbirlərini həyata keçirməsi çərçivəsində qanuni hərbi hədəf hesab ediləcək. İran təcavüz tam və birmənalı şəkildə dayandırılana qədər qətiyyətlə və tərəddüd etmədən özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək".
BAKU.WS xəbər Baku TV-yə istinadən verir ki, bu sözləri İranın BMT-dəki səfiri Əmir Səid İrəvani deyib.
Eyni zamanda, Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanı da daxil olmaqla Körfəz ölkələri İranın hücumlarına cavab verməyə hazır olduqlarını açıqlayıblar. Bu barədə Körfəz Əməkdaşlıq Şurası üzv dövlətlərinin xarici işlər nazirlərinin birgə iclasından sonra yayılan rəsmi bəyanatda qeyd olunub.
Sənəddə bldirilib ki, Ərəb Liqasına üzv dövlətlər də İranın hücumlarını pisləyiblər və bu addımları beynəlxalq qanunların və konvensiyaların, eləcə də beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndiriblər. Bu, o deməkdir ki, ərəb və ya Körfəz ölkələri də İranla münaqişəyə qoşulurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 04 Mart 2026 08:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















