Tramp İrandan sonra növbəti hədəf ölkəni açıqladı: Gecikmədən...
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
ABŞ prezidenti Donald Tramp Floridada keçirilən tədbirdə çıxışı zamanı Kuba ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Tramp ada ölkəsinin tezliklə ABŞ-ın nəzarəti altına keçə biləcəyini iddia edərək, “Kuba tezliklə ələ keçirəcəyimiz bir yerdir” deyib.
Tramp çıxışında İranla bağlı mümkün hərbi planlara da toxunub və bölgəyə təyyarədaşıyan gəmi göndərilə biləcəyini bildirib. Nümunə kimi USS Abraham Linkoln gəmisini göstərən Tramp, “Dünyanın ən böyük gəmilərindən biri olan USS Abraham Linkolnu İrandan geri gətirə bilərik” ifadəsini işlədib.
O, gəminin Kuba sahillərinə yaxın yerləşdirilməsinin kifayət edəcəyini iddia edərək bildirib: “Biz sahildən 100 metr aralıda dayanacağıq və onlar deyəcəklər ki, ‘Təslim oluruq’.”
ABŞ prezidenti çıxışının sonunda “Mən işləri həyata keçirməyi sevirəm” sözləri ilə fikirlərini yekunlaşdırıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 02 May 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















