Icma.az
close
up
RU
Tramp İranla bağlı sənədi imzaladı: Azərbaycan və bölgə üçün təsiri nə olacaq? AÇIQLAMA

Tramp İranla bağlı sənədi imzaladı: Azərbaycan və bölgə üçün təsiri nə olacaq? AÇIQLAMA

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikası hökumətinə maksimum təzyiqi bərpa edən, İranı nüvə silahına aparan bütün yolları rədd edən və İranın xaricdəki bədxah təsirinə qarşı mübarizə aparan Milli Təhlükəsizlik Prezident Memorandumunu imzalayıb.

Maraqlıdır, memorandumun imzalanması nə kimi nəticələr doğuracaq? Sənədin Azərbaycan üçün mümkün fayda və zərərləri nələr ola bilər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında siyasi təhlilçi Aqşin Kərimov bildirib ki, İran müxtəlif regionlarda uğursuzluqlarla üzləşdiyi bir şəraitdə nüvə sahəsindəki tədqiqatları genişləndirib:

“İranın nüvə silahına yaxınlaşması üçün yanaşmaları Tehranın çəkindirmə gücünün əsas elementlərinin – proksi qüvvələrin - aşındığı bir vaxta təsadüf edir. İran kompensasiyaedici çəkindirmə gücü yaratmaq üçün zənginləşdirilmiş uran istehsalını kəskin şəkildə artıran addımlar atır. Rəqəmlə ifadə etsək, İran uran istehsalındakı zənginləşdirməni 60 faizdən 90 faizə qaldıra biləcək potensiala malik ola bilər. Məlumatlara əsasən, İran uranın 60 faizə qədər zənginləşdirməsini dağın içində dərin basdırılmış “Fordo” müəssisəsində həyata keçirib. Bu cəhətdən İranın nüvə proqramını hərbi zərbələrlə pozmaq cəhdləri mənasızlaşır, çünki hətta atılacaq raketlər belə, İranın dağların dərinliklərindəki nüvə obyektlərinə nüfuz edə bilmir. Ona görə də Donald Tramp İranı nüvə silahı əldə etmək ehtimallarına qarşı “maksimum təzyiq” kampaniyasını İran iqtisadiyyatını çökdürməklə uyğunlaşdırır”. 

Onun sözlərinə görə, “maksimum təzyiq” sanksiyaları İran iqtisadiyyatının daha da pisləşməsinə səbəb olacaq:

“İran büdcəsi daha çox neft ixracından gələn gəlirlərdən asılıdır. Sərəncam isə İranın enerji ixracı ilə əlaqədar sanksiyaları əhatə edir. Bunlara baxmayaraq, istər İran, istərsə də ABŞ potensial hərbi münaqişəyə deyil, əldə edilə biləcək sövdələşmələrə hazırlaşırlar. Yəni, İranın nüvə fəaliyyətlərində ABŞ-nin istədiyi dəyişikliklər edilməsə, Vaşinqtondan Tehrana qarşı sanksiyaların tətiklənməsi davam edəcək. Hərçənd ki, İrana qarşı cəza tədbirlərinin necəliyi ABŞ ilə İsrail arasında mübahisələr yaradacaq. 

Rusiya ilə İran arasında imzalanmış Hərtərəfli Srateji Tərəfdaşlıq Saziş tərəflərin nüvə enerjisi sahəsindəki əməkdaşlığını da əhatə edir (dinc məqsədlərlə). Rusiya İranın nüvə proqramının nüvə silahı həddinə qədər gəlməsində maraqlı deyil. Buna görə də, Rusiya ABŞ-dən İrana qarşı təzyiqləri nüvə təhlükəsizliyi üzrə öhdəliklərin pozulması kontekstində deyil, iqtisadi mənzərədə qiymətləndirir. Yəni Rusiya illərdir ki, İranı nüvə təhlükəsizliyi üzrə öhdəlikləri pozmasının nəticələrinə görə məsuliyyət daşımağa hazır deyil”.

A.Kərimov qeyd edib ki, ümumilikdə sənəd Azərbaycan üçün də aktuallıq kəsb edir: 

“Memeranduma əsasən, Baş Prokuror ABŞ daxilində İranın və ya İranın terror provayderi tərəfindən maliyyələşdirilən maliyyə və logistik şəbəkələri, əməliyyatçılar və ya cəbhə qruplarını araşdırmaq, pozmaq və mühakimə etmək üçün bütün mövcud hüquqi addımları atacaq. Bu, ABŞ-nin xarici siyasətinə də sirayət edəcək, çünki hərtərəfli əməliyyatlar İranın sponsorluq etdiyi təşkilat və ya şəxslərdən yan keçməyəcək. 

İranın nüvə faylının minimallaşmasına qarşı tədbirlərin davamı olaraq, ABŞ Cənubi Qafqaz məkanını Tehrana qarşı cəbhə kimi nəzərdən keçirə bilər. Bu ssenari, Azərbaycan üçün məqbul deyil, çünki Vaşinqtondan mümkün həmlələr Bakı-Tehran arasında gərginlik ocaqlarını dirçəldə bilər. Belə olduğu təqdirdə, İran Azərbaycanın maraqları ilə xarici oyunçuların ambisiyaları arasında paralellik aparmaq cəhdlərini yenidən təkrarlayacaq ki, bu da ən azından siyasi gərginliklə müşayiət olunacaq”.

Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Fevral 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri