Icma.az
close
up
RU
Tramp İsrailin İrana zərbə planını rədd edib Yeni sazişə ümid edir

Tramp İsrailin İrana zərbə planını rədd edib Yeni sazişə ümid edir

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İsrailin İranın nüvə obyektlərinə planlaşdırdığı zərbəni əngəlləyərək, nüvə proqramını məhdudlaşdırmaq üçün Tehranla yeni saziş üzrə danışıqlara üstünlük verib.

“AzPolitika” bildirir ki, bu barədə “The New York Times” qəzeti Amerika administrasiyasının nümayəndələrinə və digər mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, İsrail hələ ötən ilin may ayında hücum planı hazırlayıb. Əməliyyatın əsas məqsədi İranın nüvə proqramının inkişafını ən azı bir il ləngitmək olub. Lakin onun uğurla həyata keçirilməsi həm hərbi, həm də İsraili İranın mümkün cavabından qorumaq üçün ABŞ-nin dəstəyini tələb edirdi.

Administrasiya daxilində aylarla davam edən müzakirələrdən sonra Tramp hərbi ssenaridən imtina edərək diqqətini İranla danışıqlara yönəltmək qərarına gəlib.

ABŞ - İran dolayı danışıqlarının birinci raundu ötən şənbə Omanda baş tutub. Hər iki tərəfin nümayəndələri görüşü “pozitiv” və “konstruktiv” kimi qiymətləndiriblər.

Danışıqların ikinci raundu gələn şənbə gününə planlaşdırılıb. Hazırlıq işləri ilə tanış olan mənbənin sözlərinə görə, görüş böyük ehtimalla Romada baş tutacaq.

“The Wall Street Journal” qəzetinin mənbələrinə görə, Tehran İranın xaricdəki hesablarında dondurulmuş milyardlarla dolların blokdan çıxarılmasını və ABŞ-nin İran neftinin çinli alıcılarına təzyiqinin dayandırılmasını tələb edir. İran və Avropa danışıqlarında iştirak edən mənbələr bunun müqabilində İranın 2015-ci il müqaviləsində müəyyən edilmiş uranın zənginləşdirilməsi səviyyəsinə qayıtmağa hazır olduğunu bildirib.

ABŞ kəşfiyyatı İranın bir neçə ay ərzində nüvə silahı hazırlaya biləcəyinə inanır. Donald Tramp Tehranın nüvə arsenalı əldə etməsinə imkan verməyəcəyini vurğulayıb. O, İrana yeni nüvə razılaşmasına nail olmaq üçün iki ay vaxt verib, onun əsas tələbi hərbi nüvə proqramından tamamilə imtina etməkdir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Aprel 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri