Tramp Kanadada: İran indi bizimlə danışmaq istəyir, amma... Onlar heç vaxt qalib gələ bilməz
Icma.az bildirir, Mia.az portalına istinadən.
ABŞ prezidenti Donald Tramp Kanadanın Alberta şəhərində keçirilən G7 Liderlər Sammitinin ilk günündə Kanadanın Baş naziri Mark Karni ilə bir araya gəlib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Baş nazirlə söhbətində İsrailin İrana hücumundan danışıb.
"İsraili güclü şəkildə dəstəkləyirik və dəstəkləyəcək", - deyən Donald Tramp Tehran rejiminin onlara dialoq üçün vasitəçilər vasitəsilə xahiş etdiyini etiraf edib: "İran indi bizimlə danışmaq istəyir, amma bunu daha tez etməli idilər. Bu, hər iki tərəf üçün ağrılıdır. İran bu müharibədə qalib gələ bilməz. Onlar çox gec olmadan masa arxasına əyləşməlidirlər".
ABŞ lideri hazırda İsrailin müharibədə çox üstün mövqedə oduunu deyib: "İsrail hazırda çox yaxşı vəziyyətdədir. Daha əvvəl dediyim kimi, İrana nüvə müzakirələri üçün 60 gün vaxt vermişdim, lakin onlar bu fürsəti dəyərləndirmədi..."
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 17 İyun 2025 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















