Icma.az
close
up
RU
Tramp Kapitoliyə basqın edənləri bağışladı... Vəzifənin ilk günü imzaladığı SƏRƏNCAMLAR

Tramp Kapitoliyə basqın edənləri bağışladı... Vəzifənin ilk günü imzaladığı SƏRƏNCAMLAR

Icma.az bildirir, Sfera.az portalına istinadən.

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp dünənki andiçmə mərasimindən dərhal sonra 100-ə yaxın sərəncam imzalayacağını bildirmişdi.  O, artıq Ağ Evdə ilk sərəncamlarını imzalayıb.

Sfera.az xəbər verir ki, Tramp işinə keçmiş prezident Co Baydenin sərəncamlarını ləğv etməklə başlayıb.

Sərəncamlar immiqrasiya repressiyalarına tutmuş, ABŞ-nin Paris iqlim razılaşmalarından çıxması, "TikTok"un açılması və daha bir çox məsələləri əhatə edir.

Trampın ilkin etdiklərinə və qarşıdan gələn planlarına nəzər salaq:

ABŞ Prezidenti Donald Trampın ilk sərəncamları daxili məsələlərlə bağlıdır. O bildirib ki, ölkənin təhlükəsizliyi onun xarici siyasətinin əsas istiqaməti olacaq. 

Donald Tramp ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması ilə bağlı sərəncam imzalayıb. Amerika lideri, prezidentliyi dövründə təxminən 350 milyon əhalisi olan ABŞ-nin ÜST-ə verdiyi töhfələrin ildə 500 milyon dollar, əhalisi 1,4 milyarddan çox olan Çinin isə təxminən 39 milyon dollar təşkil etdiyi barədə məlumatlara istinad edib.

Eyni zamanda, Tramp növbəti dəfə ölkənin Paris İqlim Sazişindən çıxması ilə bağlı fərman imzalayıb. Tramp dəfələrlə qlobal istiləşmə anlayışının elmi əsaslılığına şübhə etdiyini bildirib. 2017-ci ildə o, ABŞ-ni Paris İqlim Sazişindən çıxarıb. 2020-ci ilin noyabrına qədər ölkə sazişdən çıxmaq prosesini başa vurmuşdu, lakin 2021-ci ilin yanvarında ABŞ-nin o zamankı Prezidenti Co Bayden Vaşinqtonu Paris Sazişinə qaytaran sərəncam imzaladı.

Donald Tramp fevralın 1-də Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq etmək niyyətindədir. O, Avropa Birliyi ölkələrini daha çox Amerika neft və qazı almağa başlamadıqları təqdirdə ticarət tarifləri ilə hədələyib.

Tramp həmçinin milyarder loyalist İlon Maskın rəhbərlik etdiyi hökumətin səmərəliliyi agentliyinin yaradılması haqqında sərəncam imzalayıb.

ABŞ prezidenti 2021-ci ilin yanvarında Kapitoliyə basqın edən 1500 nəfəri əfv edib.

O həmçinin "TikTok"a federal qadağanı dayandırmaq üçün sərəncam imzalayıb.

Eyni zamanda o, xarici siyasətlə bağlı danışıb.

Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv dövlətlərin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağa çalışacaq. "NATO daha çox pul ödəməlidir. NATO 5% ödəməlidir", - Tramp jurnalistlərə deyib.

Vaşinqton administrasiyasının rəhbəri ABŞ-nin Ukraynaya hərbi yardıma Şimali Atlantika Alyansının digər ölkələrinə nisbətən 200 milyard dollar çox xərcləməsindən şikayətlənib. Tramp bir daha bəyan edib ki, Ukraynada münaqişə onun rəhbərliyi altında başlamazdı və bunu bitirmək niyyətindədir.

ABŞ prezidenti Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırdığını bildirib. "Mən prezident Putinlə görüşəcəyəm" deyən Tramp konkret tarix barədə məlumat verməyib. O, Rusiya lideri Vladimir Putinlə "çox tezliklə" danışa biləcəyini bildirib.

Eyni zamanda, Tramp əlavə edib ki, Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli üçün sövdələşməyə hazırdır.  

Xatırladaq ki, Respublikaçı Donald Tramp yanvarın 20-də ABŞ-nin 47-ci prezidenti kimi and içib. O, 2024-cü il noyabrın 5-də keçirilən seçkilərdə Demokratlar Partiyasının namizədi Kamala Harrisə qalib gəlib.

Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 Yanvar 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri