Icma.az
close
up
RU
Tramp kömür və nüvə enerjisinə qayıtmaq mesajı verib

Tramp kömür və nüvə enerjisinə qayıtmaq mesajı verib

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Prezidenti Donald Tramp dünən kamera qarşısında keçirilən kabinet iclasında enerji sahəsində mühüm açıqlamalar verib.

Banco.az xəbər verir ki, Tramp başda avtomobil sənayesi olmaqla müxtəlif sektorlarda istehsalın ABŞ-a geri döndüyünü bildirib, bununla yanaşı süni intellekti dəstəkləmək üçün nəhəng məlumat mərkəzlərinin qurulduğunu açıqlayıb.

Onun sözlərinə görə, “Meta” (Facebook) Manhetten adasının 81 faizi böyüklüyündə məlumat mərkəzi qurmağı planlaşdırır:
“Başqaları da oxşar yerlər inşa edir. Süni intellekt sahəsində Çini geridə qoyduq. Onların bunu bacarmasının səbəbi öz enerji stansiyalarını inşa etmələrinə icazə verməyimizdir. Bunun üçün hazırda istehsal etdiyimizdən 2 dəfə, bəlkə də 3 dəfə çox elektrikə ehtiyacımız var. Çin hazırda 58 kömür stansiyası inşa edir. Bunun səbəbi onların işlək olmasıdır. Burada söhbət kömürdən deyil, təmiz kömürdən, hətta çox təmiz kömürdən gedir,” – Tramp deyib.

ABŞ-da da kömür və nüvə enerjisinin yüksəlişdə olduğunu qeyd edən Tramp sözlərinə belə davam edib:

“Nüvə enerjisi hazırda çox dəbdədir, təhlükəsizdir və ucuzdur. Külək turbinlərinə icazə vermirik. Bununla yanaşı günəş panellərini də istəmirik. Günəş panelləri minlərlə hektar kənd təsərrüfatı torpaqlarını zəbt edir. Günəş enerjisinin bəzi tərəflərini bəyənirəm, amma böyük müəssisələri işlətmək üçün kifayət etmir. Həm də sabit deyil. Buna görə çox tərəfdarı deyilik. Külək turbinlərinə də icazə vermirik. Ölkəmizi məhv edirlər. İngiltərəyə baxsanız, enerji qiymətlərinin artdığını görərsiniz. Bu, külək enerjisinə görədir. Ölkənin böyük neft ehtiyatları olan şimal bölgələrini bağladılar və hər yerə külək turbinləri qurdular. Mən onlara deyirəm ki, 'tezliklə acı şəkildə ayılacaqsınız'.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://banco.az
archiveBu xəbər 27 Avqust 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri