Tramp Makronun Fələstin təşəbbüsündən danışıb: Yaxşı oğlandır, amma dediklərinin çəkisi yoxdur
Icma.az, Apa.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Fransa dövlət başçısı Emmanuel Makronun Fələstini tanımaq təşəbbüsünə münasibət bildirib.
APA xəbər verir ki, Donald Tramp Makronun sözlərinin əhəmiyyətinin daşımadığını vurğulayıb.
“Onun dediklərinin əhəmiyyəti yoxdur. Onu xoşlayıram, yaxşı oğlandır. Amma bu bəyanatının heç bir çəkisi yoxdur”, - Tramp qeyd edib.
Xatırladaq ki, Emmanuel Makron Fransanın sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib.
ABŞ dövlət katibi Marko Rubio isə qeyd edib ki, Amerika Birləşmiş Ştatları Fələstin dövlətini tanımaq niyyətində olan Fransanı dəstəkləmir.

Yaxşı oğlandır, amma dediklərinin çəkisi yoxdur Tramp Makron haqda
25 İyul 2025 19:29
Makron yaxşı oğlandır, amma sözünün çəkisi yoxdur
25 İyul 2025 18:34
Zelenski yaxşı oğlandır Tramp
25 İyun 2025 14:17
Makronun Fələstin planının arxasında nə dayanır? Ekspertlərin şərhi
17 Aprel 2025 16:48
Tramp Makronu önəmsiz adlandırdı: Heç bir çəkisi yoxdur
25 İyul 2025 20:41

