Tramp Maskdan ABŞ ın “yüz milyardlarla” korrupsiyasını tapmaq üçün istifadə etmək istəyir
Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
Tramp ABŞ dövlət qurumlarında yüz milyardlarla dollarlıq korrupsiya faktlarını ifşa etmək niyyətindədir.
ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalının efirində bildirib ki, o, Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska dövlət qurumlarında yoxlamaların təşkili barədə göstəriş verməyi planlaşdırır.
“Mən ona göstəriş verəcəm ki, bəlkə 24 saat ərzində Təhsil Nazirliyini yoxlasın. Eyni şeyi orada da tapacaq. Onda deyəcəyəm: gəl hərbi hissəyə gedək, oranı yoxlayaq. Biz yüz milyardlarla dolların fırıldaqçılıq yolu ilə sui-istifadə edildiyini tapacağıq”, - deyə siyasətçi bildirib.
O əlavə edib ki, amerikalılar prezident seçkilərində ona səs veriblər ki, bu cür sxemləri ifşa etsin. Tramp qeyd edib ki, Mask bu prosesə “ehtiraslıdır” və şəxsi mənfəət güdmür.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 10 Fevral 2025 07:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















