Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp mediaya məxfi məlumat sızdıran məmurların güllələnməli olduğunu deyib.
APA yerli KİV-ə istinadən xəbər verir ki, Tramp seçki mitinqində çıxışı zamanı məxfi məlumatların sızdırılmasını sərt şəkildə pisləyib.
“Fikrimcə, məlumat sızdıranlar güllələnməlidir. Təsəvvür edin, onlar başqa ölkəyə nə vaxt hücum edəcəyinizi açıqlayırlar”, – Tramp bildirib.
ABŞ Prezidenti İranı vurmaq üçün planlaşdırılan əməliyyatı məlumat sızdırılması səbəbindən ləğv etməli olduğunu deyib.
“Biri məlumatı sızdırdı. Belələrinin yeri həbsxanadır, hətta güllələnə bilərlər. Onlar ömrünün qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirməlidirlər”, – Tramp qeyd edib.
Onun sözlərinə görə, ABŞ qoşunlarının Missuri ştatından saat 12:07-də yola düşəcəyi barədə məlumat “The New York Times” və CNN-də yayımlanıb.
“Məlumat sızdıranlarla çox, çox sərt davranmaq lazımdır", – Tramp əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 15 Oktyabr 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















