Icma.az
close
up
RU
Tramp müharibə barədə nə düşünür? ŞƏRH

Tramp müharibə barədə nə düşünür? ŞƏRH

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibəni bitimək haqqında düşünür. 

Ancaq müharibənin bitirilməsi üçün tərəflər masa arxasında oturmalıdırlar. Bu isə indiki şərtlər altında mümkün deyil”.

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu öz sosial media hesabında yazıb.

Politoloq qeyd edib ki, ABŞ raket zərbələri ilə İranın uranı zənginləşdirmək imkanlarını məhdudlaşdırsa da, bu ölkədə hakimiyyət dəyişikliyinə nail olmayıb:

“Bu əvvəldən də bəlliydi ki, yalnız hava zərbələri ilə hakimiyyət dəyişikliyinə nail olmaq çətindir. Donald Tramp bu ayın sonunda Çinə səfərini İranla müharibəni başa çatdıra bilməcəyinə görə təxirə salıb. Yeni xəbər isə bundan ibarətdir ki, ABŞ Prezidenti Çinə mayın 14-də səfər etməyi planlaşdırır. Bu o deməkdir ki, müharibə həmin tarixə qədər bitməlidir. 

Tramp Çinə həmin tarixdə müharibənin qalibi kimi getmək istəyir. Pekin bu müharibədə ABŞ-ın qələbəsini istəmir. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpin Donald Trampı Pekində qalib kimi qarşılamağın tərəfdarı deyil. 

Çinlə yanaşı Hindistan da Yaxın Şərqdə gərginliyin qısa müddətdə bitməsini arzulayır. Çinin və Hindistanın bölgədə iqtisadi, enerji və nəqliyyat layihələri mövcuddur. Təsadüfi deyil ki, Hindistanın Baş naziri Narendra Modi mövcud vəziyyəti müzakirə etmək məqsədilə martın 24-də telefonla ABŞ Prezidenti Donald Trampla danışıb. 

Aydındır ki, Tramp gələcək planları barədə telefonla danışdığı liderlərə məlumat verməyəcək. Ancaq Trampla mütəmadi telefon danışıqları müxtəlif ölkələrin liderlərinə ona görə lazımdır ki, ABŞ Prezidenti müharibənin davam etdirilməsinin beynəlxalq aləm üçün mənfi nəticələrini anlasın”.

O bildirib ki, müharibə fonunda Çin və Hindistan Rusiyadan ucuz neft alışını artırıblar:

“Bu iki dövlət Rusiya neftini alarkən, dollara alternativ valyutalarla ödəmə həyata keçirməyə çalışır. Çin ABŞ-dən fərqli olaraq müxtəlif bölgələrdə mövqeyini iqtisadi layihələr və yatırımlar vasitəsilə gücləndirməyə çalışıb. Ancaq ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi kampaniya Pekinin 10 illər ərzində diqqətlə qurduğu tarazlığı pozmaq təhlükəsi yaradıb.

Yaxın Şərqin gələcəyi sual altındadır. Halbuki, Yaxın Şərq bölgəsi Çinin qlobal strategiyasının tərkib hissəsidir. Enerji təhlükəsizliyi Çinin regiondakı mövcudluğunun əsas hərəkətverici qüvvəsidir. Dünyanın ən böyük xam neft idxalçısı olan Çin Fars körfəzindən enerji təchizatından çox asılıdır. 

Səudiyyə Ərəbistanı, İran və İraq kimi ölkələr Çin iqtisadiyyatını dəstəkləyən əsas təchizatçılar arasındadır və bu da regional sabitliyi Pekinin uzunmüddətli enerji ehtiyacları üçün vacib edir. 

Eyni zamanda, Yaxın Şərq Asiyanı Avropa və Afrika ilə birləşdirən geniş infrastruktur və ticarət yolları şəbəkəsi qurmağa çalışan Pekinin "Bir kəmər, bir yol" təşəbbüsündə mərkəzi yer tutur. Çin limanlara, enerji obyektlərinə və logistika dəhlizlərinə investisiyalar qoymaqla regionu daha geniş Avrasiya iqtisadi şəbəkəsinə inteqrasiya etməyi hədəfləyir.

Pekin həmçinin son illərdə Yaxın Şərqdəki diplomatik rolunu gücləndirməyə çalışıb. Buna Çinin vasitəçiliyi ilə 2023-cü ildə Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətləri bərpasını misal göstərmək olar. Bu təşəbbüs Çinin ABŞ-ın dominantlıq etdiyi bir bölgədə etibarlı diplomatik aktyor və potensial olaraq alternativ vasitəçi kimi təqdim etmək ambisiyasını göstərib”.

Onun sözlərinə görə, Çin üçün İran Yaxın Şərqdəki ən vacib geosiyasi qovşaqlardan birini təmsil edir:

“İkitərəfli iqtisadi əlaqələrdən başqa, iki ölkə arasındakı münasibətlər Pekinin həyata keçirdiyi daha geniş geoiqtisadi və strateji məqsədlərlə bağlıdır. Enerji baxımından İran Çinin mühüm neft tədarükçüsü olaraq qalır. Son illərdə Tehrana tətbiq edilən beynəlxalq sanksiyalara baxmayaraq, iki ölkə arasında enerji əməliyyatları, çox vaxt dolayı ticarət mexanizmləri vasitəsilə davam edib. İranın coğrafi mövqeyi ona əhəmiyyətli strateji dəyər verir. 

Ölkə Mərkəzi Asiyanı, Fars körfəzini və Aralıq dənizinə aparan dəniz yollarını birləşdirən əsas ticarət dəhlizlərinin kəsişməsində yerləşir. Bu, İranı Çinin "Bir kəmər, bir yol" təşəbbüsü vasitəsilə təşviq etdiyi nəqliyyat şəbəkələri daxilində potensial olaraq vacib bir mərkəzə çevirir.

Eyni zamanda, İran-Çin tərəfdaşlığı Pekinin Yaxın Şərqdəki varlığını iqtisadi və siyasi əməkdaşlıq vasitəsilə gücləndirmək üzrə uzunmüddətli strategiyasına uyğun gəlir. Buna görə də ABŞ və İsrailin İran qarşı müharibəni davam etdirmələri Pekinin qlobal strategiyası üçün ciddi çətinliklər yaradıb.

Fars körfəzindəki qeyri-sabitlik Çinin Yaxın Şərqlə enerji və ticarət əlaqələrinə əhəmiyyətli dərəcədə təsir göstərib. Digər tərəfdən Çin münaqişənin həllinin kənarında qalıb. İranla sıx iqtisadi əlaqələrə baxmayaraq, Pekin özünü gərginliyin azaldılması üçün diplomatik çağırışlarla məhdudlaşdırıb. Çinin imicinə İrana satdığı hərbi texnikanın müharibə zamanı dağıdılması da təsir edib.

ABŞ və İsrail Çinin İrana satdığı hava müdafiə sistemlərini məhv edib. Bu müdafiə sistemləri Venesuela səmasını da ABŞ təyyarələrinin və helikopterlərinin hücumlarından qoruya bilmədi. Buna baxmayaraq, müharibə bitdikdən sonra İranın daha çox hərbi texnikaya ehtiyacı olacaq və Tehran yenidən Moskva və Pekinə üz tutmaq məcburiyyətində qalacaq”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Mart 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see402

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see374

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see348

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see270

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see263

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see254

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see244

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see203

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see195

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see172

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see167

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see165

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see162

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see162

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see158

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see157

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see156

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see152

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see151

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri