Icma.az
close
up
RU
Tramp NASA nın bu missiyalarını dayandırmaq üçün hərəkətə keçir

Tramp NASA nın bu missiyalarını dayandırmaq üçün hərəkətə keçir

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tramp administrasiyası alimlər, siyasətçilər və fermerlər üçün mühüm məlumat mənbəyini kəsə biləcək güclü istixana qazı və bitki sağlamlığını izləyən iki NASA missiyasını dayandırmaq istiqamətində addımlar atır.

Milli.Az bu barədə xarici mətbuata istinadən xəbər verir.

ABŞ Prezidenti Donald Trampın 2026-cı maliyyə ili üçün büdcə təklifi karbon qazının harada buraxıldığını və udulduğunu, həmçinin bitkilərin nə dərəcədə yaxşı böyüdüyünü dəqiq göstərən Orbiting Carbon Observatories (OCO) layihələrinə vəsait ayırmır.

NASA çərşənbə günü göndərdiyi elektron məktubda bildirib ki, bu missiyalar "əsas tapşırıq müddətini tamamlayıb" və "Prezidentin gündəliyi və büdcə prioritetlərinə uyğunlaşdırmaq" üçün dayandırılır.

"Lakin bu missiyalar - biri 2014-cü ildə buraxılmış sərbəst hərəkət edən peyk, digəri isə 2019-cu ildə Beynəlxalq Kosmik Stansiyaya qoşulmuş cihaz - hazırda dünyada mövcud və ya planlaşdırılan digər bütün sistemlərdən daha həssas və dəqiqdir və onların "milli sərvət" kimi qorunması vacibdir", - deyə layihənin yaradıcılarından, təqaüddə olan NASA alimi Devid Krisp bildirib.

Onlar alimlərə, məsələn, Amazon meşəsinin udduğundan daha çox karbon qazı buraxdığını, Kanada, Rusiya və əriməkdə olan daimi donuşluq ərazilərindəki boreal meşələrin isə buraxdıqlarından daha çox karbon qazı udduğunu kəşf etməyə kömək edib.

Həmçinin, bu cihazlar bitkilərdə fotosintezin "işığını" aşkar edə bilir ki, bu da quraqlığın monitorinqində və aclıq, iğtişaş, hətta qıtlıq kimi böhranlara səbəb ola biləcək ərzaq çatışmazlıqlarını əvvəlcədən proqnozlaşdırmaqda əhəmiyyətlidir.

"Bu, həqiqətən çox vacibdir," - deyə Krisp əlavə edib.

"Biz sürətlə dəyişən planetimiz haqqında çox şey öyrənirik".

Michigan Universitetinin iqlim alimi Conatan Overpek isə qərarı "son dərəcə qısamüddətli düşüncə" adlandırıb:

"Bu peyklərin təqdim etdiyi müşahidələr... planetdə, o cümlədən ABŞ-də artan iqlim dəyişikliyi təsirlərini idarə etmək üçün kritik əhəmiyyət daşıyır".

Ümidlər Konqresə yönəlir

Krisp və digərləri missiyalara maliyyənin qorunması üçün Konqresin səs verəcəyinə ümid edirlər. Missiyalar 30 sentyabra qədər maliyyələşir.

Nümayəndələr Palatasında təqdim olunan qanun layihəsi prezidentin təklifinə uyğun olaraq missiyaları ləğv edəcək. Senatın versiyası isə onları qoruyur. Lakin Konqres tətilə çıxdığından yeni maliyyə ilinə (1 oktyabr) qədər büdcənin qəbul ediləcəyi bəlli deyil.

Büdcə qəbul olunmasa, Konqres mövcud maliyyəni davam etdirmək üçün qətnamə qəbul edə bilər, amma bəzi qanunvericilər Tramp administrasiyasının bu pulu gecikdirə və ya saxlaya biləcəyindən narahatdır.

Demokrat qanunvericilər ötən ay NASA-nın müvəqqəti administratoru Şon Daffiyə xəbərdarlıq ediblər ki, Konqres tərəfindən ayrılmış vəsaitlərlə maliyyələşən missiyaları dayandırmaq və ya pulu saxlamaq qanunsuzdur.

Mütəxəssislər deyirlər ki, administrasiyanın bu addımı iqlim elmini azaltmaq və ya gizlətmək istiqamətindəki digər hərəkətləri ilə üst-üstə düşür.

Pensilvaniya Universitetinin iqlim alimi Maykl Mann isə belə deyib:

"Prinsip belə görünür ki, əgər iqlim dəyişikliyini ölçməyi dayandırsalar, bu, sadəcə olaraq amerikalıların şüurundan silinəcək".

Ehtiyat plan

Krisp və digərləri Yaponiyadan və Avropadan olan tərəfdaşlar da daxil olmaqla, kosmik stansiyaya qoşulmuş cihazı maliyyələşdirib işlədə biləcək xarici tərəfdaş koalisiyası yaratmağa çalışırlar. NASA avqustun 29-dək xarici təklifləri qəbul edəcəyini bildirib.

Lakin sərbəst hərəkət edən peyk təhlükə altındadır. O, Yer atmosferinə daxil olaraq yanıb məhv ola bilər. "National Public Radio" ilk olaraq NASA əməkdaşlarının missiyaları sonlandırmaq planları üzərində işlədiyini xəbər verib.

Krisp deyir ki, peyk daha geniş əraziləri əhatə etdiyindən onun idarəsinin də xarici tərəfdaşlara verilməsinə ümid edirlər, lakin bu, hüquqi maneələrlə üzləşə bilər, çünki ABŞ peykinin idarəsinin xarici tərəfdaşları da əhatə edə biləcək qrupa verilməsi nəzərdə tutulur.

"Biz milyarderlərə müraciət edirik. Fondlara müraciət edirik. Amma... bunu özəl sektora, fərdi şəxslərə və ya donorlar üzərinə yükləmək həqiqətən çox pis fikirdir. Bu, sadəcə olaraq məntiqli deyil", - deyə Krisp əlavə edib.

Kənan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Avqust 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri