Tramp Netanyahuya qəzəbləndi “Bu məsələdə danışmağa haqqı yoxdur”
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benjamin Netanyahu arasında Türkiyəyə F-35 qırıcılarının mümkün satışı ilə bağlı fikir ayrılığı yaranıb.
Sherg.az xəbər verir ki, Amerikanın "Axios" nəşrinin məlumatına görə, Tramp Türkiyəyə F-35 satışını nəzərdən keçirdiyini bildirdikdən sonra Netanyahu bu mövqeyi tənqid edib. Ağ Ev rəsmilərinin iddiasına əsasən, Tramp Netanyahunun açıqlamalarından narazı qalıb və onun bu məsələdə fikir bildirmək haqqının olmadığını düşünür.
Məlumata görə, eyni dövrdə İsrail kəşfiyyatı İranın Trampa qarşı sui-qəsd planlaşdırdığına dair Vaşinqtona məlumat ötürsə də, ABŞ rəsmiləri həmin informasiyanın təsdiqlənmədiyini və etibarlı sayılmadığını bildiriblər. Türkiyə təhlükəsizlik orqanlarının araşdırmalarında da belə bir plana dair konkret dəlil aşkarlanmayıb.
"Axios"un yazdığına görə, NATO sammitindən sonra Tramp Netanyahunu ABŞ-da qəbul edəcəyini vəd etsə də, görüşün vaxtı hələ müəyyənləşdirilməyib. Nəşr qeyd edir ki, Netanyahu təxminən iki həftədir Trampdan görüşlə bağlı cavab gözləyir.
Baxış sayı:103
Bu xəbər 17 İyul 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















