Icma.az
close
up
RU
TRAMP NİYƏ BİRDƏN BİRƏ PUTİNİ AŞAĞILADI? ABŞ Prezidentinin gözlənilməz paylaşımnın PƏRDƏARXASI

TRAMP NİYƏ BİRDƏN BİRƏ PUTİNİ AŞAĞILADI? ABŞ Prezidentinin gözlənilməz paylaşımnın PƏRDƏARXASI

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp əməldə olmasa da, sözdə çox çevik, tez-tez hamını təəccübləndirə bilən biri olduğunu nöbvbəti dəfə nümayiş etdirib.

Xəbər verdiyimiz kimi, Tramp gözlənilmədən öz sosial şəbəkə səhifəsində Ukrayna müharibəsilə bağlı radikal, hətta indiyə qədər edilənlərlə müqayisədə aqressiv sayıla biləcək paylaşım edib.

Tramp bəyan edib ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə Rusiyanın zəbt etdiyi bütün ərazilərini geri ala bilər: "Ukrayna ilə Rusiya arasındakı hərbi-iqtisadi vəziyyəti nəzərdən keçirib tam başa düşərək, onun Rusiyada yaratdığı iqtisadi problemləri görəndə hesab edirəm ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə döyüşmək və bütün Ukraynanı öz ilkin formasında geri qaytarmaq imkanına malikdir. Vaxt keçdikcə səbr və Avropanın maliyyə dəstəyi, xüsusilə də NATO-nun dəstəyilə bu müharibənin başlandığı sərhədlərə qayıtmaq tamamilə real variantdır. Niyə də olmasın?”.

Tramp bəyan edib ki, Rusiya üç il yarımdır mənasız bir müharibə aparır, hansı ki, onun dediyi kimi, real hərbi qüvvə bu müharibəni bir həftədən az müddətdə qazanmalı idi. O qeyd edib ki, bu, Rusiyanı “kağız pələng”ə bənzədir.

Tramp yazıb ki, Moskva və Rusiyanın digər iri şəhər və rayonlarının sakinləri əsl vəziyyəti, ən böyük resurslarının Ukrayna ilə mübarizəyə xərcləndiyi müharibə iqtisadiyyatının digər problemləri haqqında da öyrənəcəklər. O, həmçinin qeyd edib ki, Ukrayna yüksək əhval-ruhiyyəyə malikdir və getdikcə güclənir. Bu isə Rusiyanın zəifliyini daha da açıq nümayiş etdirir.


Trampın sözlərinə görə, Putin və Rusiya böyük iqtisadi problemlərlə üzləşiblər və indi Ukraynanın hərəkətə keçmə vaxtıdır: "Ukrayna hökuməti öz ölkəsini ilkin vəziyyətə qaytara və kim bilir, bəlkə də daha da irəli gedə bilər. Putin və Rusiya böyük iqtisadi sıxıntı içindədir və indi Ukraynanın hərəkətə keçmə vaxtıdır. Hər halda, mən hər iki ölkəyə ən yaxşısını arzulayıram. Biz NATO-nu silahla təmin etməyə davam edəcəyik ki, NATO onlarla istədiyini edə bilsin. Hər kəsə uğurlar!".

Qeyd edək ki, bu paylaşımdan cəmi bir gün əvvəl Terampın Dövlət latibi Marko Rubio ABŞ-nin Rusiyaya qarşı daha kəskin sanksiyalar tətbiq etmək fikrində olmadığnı demişdi və əlavə etmişdi ki, bu, ABŞ-nin vasitəçi kimi mövqeyini zədələyə bilər. Bu gün isə Tramp az qala Moskva ilə bütün körpüləri yandıra biləcək paylaşım edir və Rubionun dedikllərinin tam əksi istiqmətində addım atır…

Göründüyü kimi, bir neçə ay əvvəl Rusiyanın guya tarix boyu heç bir savaşda yenilmədiyini, qüdrətli dövlətə və orduya malik olduğunu iddia edən Tramp bu gün birdən-birə yanıldığını bildirir. Hətta onu “kağızdan pələng”ə bənzədərək, ələ salır…

Trampın bu paylaşımından belə nəticə çıxarmaq olar ki, bir çox ekspertlərin proqnozlaşdırdığı kimi, ABŞ Prezidenti nəhayət, Vladimir Putinlə anlaşmağın, onu Çindən ayırıb öz tərəfinə çəkməyin və digər “malalama” variantlarının mümkünsüzlüyünü qəbul etməyə məcbur olub. Nəhayət, Putin Rusiyasının yalnız güc dilini anlaması ilə barışıb və Moskva zamanında durdurulmasa, bunun daha böyük fəlakətlərə yol aça biləcəyi reallığı ilə hesablaşmağa başlayıb.

Tramp onu da qəbul etməyə məcburdur ki, prezidentliyinin 8 ayı ərzində Putin ona münasibətdə ikili oyun oynayıb, vaxt uzadıb və onu Avropa və Ukraynaya dəstəkdən yayındıraraq, öz maraqlarına xidmət etməyə yönləndirib. Bu isə Trampın həm dünyada, həm də ABŞ daxilində nüfuzunu ciddi zədələyib, onu qeyri-ciddi, manipulyasiya edilə bilən fiqura çevirib. Bu da narsist, özünə vurğun ABŞ liderini nə vaxtsa özündən çıxarmalı idi…

Lakin Trampın şəxsi keyfiyyətlərini – bu gün bir, sabah başqa bir şey deyən, sözü ilə əməli çox vaxt üst-üstə düşməyən, tez-tez mövqeyini, fikrini dəyişən birisi olduğunu nəzərə alsaq, onun son paylaşımını birmənalı olaraq Putinlə münasibətlərdə dönüş nöqtəsi olduğunu söyləmək olmaz. ABŞ Prezidenti sabah yenə də Putinlə hansısa “sövdələşmə”dən danışa, daha bir Alyaska sammiti təşkil edə və növbəti fiaskoya uğraya bilər. Trampın sözü olmasın – “Niyə də olmasın?”…

Cəlal Məmmmədli

“AzPolitika.info”  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Sentyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri