Tramp o edamın yayımını ləğv etdi
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp hərbçilərə qarşı kütləvi qətl törədən psixiatr Nidal Həsənin güllələnməsinin yayımlanmayacağını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “TruthSocial” sosial media platformasında məlumat verib.
“O (Həsən - red.) planlaşdırıldığı kimi güllələnərək, edam ediləcək, lakin bu hadisə canlı yayımlanmayacaq”, - Tramp qeyd edib.
Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, bir çox “yaxşı insanlar” edamın yayımlanmasına qarşı çıxıblar. Lakin o, konkret hansı insanlardan danışdığını dəqiqləşdirməyib.
Qeyd edək ki, bir gün əvvəl CNN telekanalı mənbələrə istinadla Tramp və onun müşavirlərinin Həsənin edamının canlı yayımından imtina etmək imkanını müzakirə etdiklərini xəbər vermişdi. Jurnalistlər müəyyən etmişdilər ki, prezident ictimai yayım planlarından dərhal xəbər tutmayıb və əvvəlcə onlara necə cavab verəcəyindən əmin deyil. Lakin o, kişinin edam edilməsi qərarını qətiyyətlə dəstəkləyir.
Xatırladaq ki, Həsən 2009-cu ilin noyabr ayında Fort Hudda 12 əsgəri öldürüb, 32 əsgəri yaralayıb. 2013-cü ildə o, ölüm hökmünə məhkum edilib və Kanzas ştatının Livenvort şəhərində edam cəzasını gözləyir.
Dekabrın 3-də Fort Hudda icrası planlaşdırılan edam İkinci Dünya Müharibəsindən bəri ABŞ ordusunda ilk edam olacaq. Bu edam, həmçinin, 65 yaşdan yuxarı hərbçinin ilk edamı kimi tarixə düşəcək.
Bu mövzuda digər xəbərlər:“Amerikanın səsi” yayımını dayandırdı Tramp 83 illik radiostansiyanı susdurdu (Yenilənib)
16 Mart 2025 14:43
Dövlət mediasının yayımını dayandıracaq
13 Aprel 2026 21:02
Tramp bu proqramı ləğv etdi
15 Yanvar 2026 10:55
Ağ Ev İranda planlaşdırılan 800 edamın dayandırıldığını açıqlayıb
15 Yanvar 2026 23:37
Suriya dövlət televiziyası yayımını DAYANDIRDI
30 Noyabr 2024 21:52
Baxış sayı:109
Bu xəbər 15 Oktyabr 2026 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















