Icma.az
close
up
RU
“Tramp Putin danışığı ümidləri puç etdi” “Atəşkəs və nizamlanma getdikcə daha uzaq görünür”

“Tramp Putin danışığı ümidləri puç etdi” “Atəşkəs və nizamlanma getdikcə daha uzaq görünür”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir neçə gün əvvəl Donald Trampın Ukraynada 30 günlük atəşkəs çağırışı və Rusiyanı yeni sanksiyalarla hədələməsi Avropa liderlərində ehtiyatlı nikbinliyə səbəb oldu. Lakin Trampın Vladimir Putinlə bazar ertəsi baş tutan telefon söhbəti bu ümidləri puç etdi.

“AzPolitika” xəbər verir ki, “Bloomberg”-də dərc edilən məqalədə belə deyilir.

Yazıda qeyd olunur ki, iki saatlıq danışıqdan sonra Tramp sosial şəbəkədə Ukrayna və Rusiyanın atəşkəslə bağlı “dərhal danışıqlara başlayacağını” yazıb. Lakin ABŞ bu işə qarışmaya bilər. 

Trampın açıqlamasında sanksiyalardan, dəqiq qrafikdən və ya Putinə təzyiqdən bəhs edilməyib: “Tramp söhbətdən sonra Avropa liderlərilə danışsa da, onun qeyri-sabitliyindən artıq çoxları məyus olub. Moskvanı sülh bağlamağa inandırmaq üçün aylarla davam edən nəticəsiz cəhdlərdən sonra Avropa paytaxtlarında ABŞ-nin sadəcə olaraq bu məsələdən “əlini yuması” ilə bağlı narahatlıq artır. Adının açıqlanmasını istəməyən yüksək rütbəli avropalı məmurlardan biri deyib ki, “liderlər Trampın diplomatik səylərdən əl çəkməsindən qorxurlar”. 

Digəri Trampın Moskvaya yeni sanksiyalarla təzyiq etmək fikrində olmadığını və “öz atəşkəs təklifindən geri çəkildiyini” açıq şəkildə ifadə etdiyini bildirib. Onun sözlərinə görə, nə Kiyev, nə də onun Aİ müttəfiqləri Ukrayna və Rusiya arasında birbaşa danışıqlar ideyasını bölüşmürlər. 

Alman Marşal Fondunun Geostrategiya Şimal proqramının direktoru Kristin Berzina deyib: “Bu gün biz Putinin özünə və ordusuna daha çox vaxt qazandığı daha uzunmüddətli ssenariyə qayıtmışıq. Putin daha çox seçim əldə edib. Atəşkəs və nizamlanma getdikcə daha uzaq görünür”.

“Bloomberg”-in analitikləri qeyd edirlər ki, Tramp Putinlə söhbəti “gözəl” adlandırsa da, “söhbətdə Ukrayna ilə bağlı heç bir mühüm irəliləyiş əldə etməyib”: “Bu, Kremlin mövqeyində həqiqi dəyişiklikdən xəbər verirmi, yoxsa danışıqları ləngitmək üçün səylər davam etdirilir və qeyri-müəyyənlik qalır? Birincinin ikincidən daha az ehtimalı var”.

Eyni zamanda nəşr qeyd edir ki, bu cür qeyri-müəyyənlik Avropada müharibəyə son qoyacağını və Yaxın Şərqi sabitləşdirəcəyini vəd edən, lakin buna nail ola bilməyən Trampa qarşı daxili siyasi təzyiqi artırır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 May 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri