Icma.az
close
up
RU
Tramp Putin üçün “qamçı” hazırlayır... Finlandiya prezidenti... “POLİTİCO“

Tramp Putin üçün “qamçı” hazırlayır... Finlandiya prezidenti... “POLİTİCO“

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Finlandiya prezidentiidenti Aleksandr Stubb ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə təzyiqi artıracağına, “kökə” siyasətindən “qamçı" siyasətinə keçəcəyinə əminliyini ifadə edib.

Moderator.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, Stubb bu barədə Helsinkidə "Politico" və bir sıra digər nəşrlərin jurnalistləri ilə görüşündə danışıb.

 Onun fikrincə, ABŞ-ın Putini həqiqətən ağrıdığı yerdən vurması an məsələsidir.

"Kökənin ruslara nadir hallarda təsir etdiyini görərək Tramp qamçı mərhələsinə keçdi",- deyib Finlandiya lideri.

"İndi yeganə sual qamçının nə qədər böyük olacağıdır", -o bildirib.

Bu qiymətləndirmə bəzi Avropa paytaxtlarında hökm sürən skeptisizmlə ziddiyyət təşkil edir. Belə ki, burada Trampın Putini ictimai tənqidi boş bəyanatlar kimi rədd edilir. "Politico" yazır ki, bununla belə, qolf sevgisi ilə ABŞ prezidenti ilə şəxsi münasibət quran Stubb onun niyyətlərinin şərhində daha etibarlı sayılır.

Putin üçün "qamçının" tam olaraq nə ola biləcəyini soruşduqda, Stubb zarafat edərək, bunun qolf ağacı daola biləcəyini deyib və Trampın çoxsaylı təsir alətlərinə işarə edib.

"Prezident Tramp gecə-gündüz olmasa da, hər gün müharibəni bitirmək üçün çalışır. Onun çantasında 14 "qolf ağacı" var", - Stubb belə deyib.

Nəzərdən keçirilən mümkün variantlar arasında ikinci dərəcəli sanksiyalar da daxil olmaqla daha sərt sanksiyalar, tariflərin artırılması və Rusiyanın dərinliklərində hədəfləri vura bilən Amerika silahlarından daha da aktiv istifadə daxildir.

"Prezident Trampın necə danışıqlar apardığını anlamaq üçün "Sövdələşmə sənəti"ni oxumağa ehtiyac yoxdur. Bu, qeyri-ənənəvi, lakin effektiv üslubdur", - Finlandiya prezidenti qeyd edib.

Özünü “realist optimist” adlandıran Stubb Ukrayna tərəfdarlarını səbirli olmağa çağırıb.

"Son bir neçə ay ərzində prezident Trampla kifayət qədər yaxından işləmək imkanım olub. Optimizm bəzən intuitiv ola bilər, lakin hazırda mövcud olan faktlar göstərir ki, biz düzgün istiqamətdə irəliləyirik", - Finlandiya prezidenti belə deyib.

Avropanın Kiyevə dəstək roluna gəlincə, Stubb Macarıstanın baş naziri Viktor Orbanın vetosunu ləğv etmək yolunu tapmaqla Ukraynanın Aİ-yə üzvlüyünü sürətləndirməyə yönəlmiş addımları qətiyyətlə dəstəkləyib.

"Şəxsən mən daha çox çeviklik və bloklanma üçün daha az imkanlar təmin edən istənilən qərar qəbuletmə mexanizmini alqışlayıram. Və bu, heç vaxt Ukraynadakı qədər aktual olmayıb. Mən həmişə deyirəm ki, Avropa Komissiyası və Avropa Şurasının hüquqşünaslarının belə vəziyyətlərdə yaradıcı həll yolları tapmaq qabiliyyətini qiymətləndirməmək olmaz. Ukraynanın Avropa İttifaqına üzvlüyü strateji məsələdir. Bu nə qədər tez baş verərsə, o qədər yaxşı olar", - Finlandiya lideri vurğulayıb.

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Oktyabr 2025 07:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri