Icma.az
close
up
RU
TRAMP, PUTİN VƏ ZELENSKİ ARASINDA SÜRPRİZ GÖRÜŞ Cenevrədə atəşkəs razılaşdırıla bilər...

TRAMP, PUTİN VƏ ZELENSKİ ARASINDA SÜRPRİZ GÖRÜŞ Cenevrədə atəşkəs razılaşdırıla bilər...

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloqun “Fox News”a verdiyi sensasion açıqlama beynəlxalq gündəmin əsas müzakirə mövzusuna çevrilib. Kelloq bildirib ki, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə Donald Trampın vasitəçiliyi ilə Cenevrədə üçtərəfli görüş keçirilməsi ehtimalı yüksəkdir. Görüşün məqsədi Ukrayna müharibəsinin dayandırılması və atəşkəs şərtləri üzrə razılaşmanın əldə olunmasıdır.

Kelloqun sözlərinə görə, ABŞ artıq Ukrayna tərəfindən atəşkəsə dair şərtlərin əks olunduğu sənədi alıb. İndi isə eyni formatda sənədin Rusiyadan gözlənildiyi açıqlanıb.

O, bu sənədi “münaqişənin sülh yolu ilə həlli üçün ilkin memorandum” adlandırıb:
“Prezident Tramp bir həftə öncə Vladimir Putinlə danışdı. Rusiya tərəfi də öz sənədini hazırlayacağını bildirib. Biz bu yolla sülhə nail olmağa çalışırıq,” – deyə Trampın nümayəndəsi vurğulayıb.

Mümkün görüşün keçirilmə məkanı kimi ilkin olaraq Vatikan nəzərdə tutulub, lakin Rusiya tərəfi bu variantı qəbul etməyib. Nəticədə tərəflərin razılaşa biləcəyi neytral mərkəz olaraq Cenevrə gündəmə gəlib. İsveçrənin neytral statusu və diplomatik platforma kimi nüfuzu bu şəhəri ideal məkan halına gətirir.

Kelloq qeyd edib ki, “Cenevrə görüşü üç əsas lider – Tramp, Putin və Zelenski arasında münaqişənin həlli üçün mühüm mərhələ ola bilər”.

Bu təşəbbüsün məhz Tramp tərəfindən irəli sürülməsi və onun xüsusi nümayəndəsi vasitəsilə aparılması siyasi ekspertlər arasında maraqlı suallar doğurur. Trampın Rusiya ilə “şəxsi diplomatik kanalları”nın olması bu prosesə fərqli dinamika verir. Həm də Tramp öz prezidentliyi dövründə Ukrayna-Rusiya gərginliyini müharibə səviyyəsinə çatdırmaması ilə fəxr edir.

Müşahidəçilər bunu ABŞ-ın qeyri-rəsmi diplomatik kanallar vasitəsilə münaqişəyə yeni yanaşma cəhdi kimi qiymətləndirirlər.

Hələlik görüşün konkret tarixi və formatı barədə rəsmi açıqlama verilməyib. Ancaq əldə olunan məlumatlara görə, danışıqların əsas mövzuları aşağıdakılar olacaq:

-Ukrayna ərazilərinin statusu və təhlükəsizlik zəmanətləri;

-Rusiyanın sanksiyalardan çıxarılması qarşılığında atacağı addımlar;

-Beynəlxalq nəzarət mexanizmləri və müvəqqəti sülh qüvvələrinin bölgəyə yerləşdirilməsi;

-Ukrayna və Rusiyanın gələcək münasibətlərinin formatı.

Cenevrədə baş tutacaq mümkün görüş həm də Ukrayna münaqişəsində ABŞ-ın diplomatik gücünün bərpası və Trampın xarici siyasət uğuru kimi qiymətləndirilə bilər.

Əgər bu görüş baş tutarsa və atəşkəsə dair sənəd imzalanarsa, bu, 2022-ci ildən bəri davam edən və on minlərlə insanın həyatına son qoymuş münaqişənin dönüş nöqtəsi ola bilər. Bununla belə, Rusiya və Ukraynanın şərtlərinin nə qədər üst-üstə düşəcəyi və kompromisə hazır olub-olmadıqları əsas sual olaraq qalır.

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 May 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri