Icma.az
close
up
RU
Tramp Putinə qəzəbləndi, sülh masası nı dağıtdı: Bütün güzəştləri də geri çəkir

Tramp Putinə qəzəbləndi, sülh masası nı dağıtdı: Bütün güzəştləri də geri çəkir

Icma.az, Olke.az saytına istinadən bildirir.

Təbii sərvətlərin istismarı barədə saziş, həm də Ukrayna üçün ABŞ-ın dolayısı ilə təhlükəsizlik təminatı verməsi anlamı daşıyır... Ağ Evin Kreml sahibini ittiham etməsi ABŞ-ın Rusiyaya sərt təzyiq göstərəcəyi deməkdir, Senatda artıq daha ağır iqtisadi sanksiyalar paketi hazırlanır...

Ukrayna savaşının dayandırılması prosesində yeni situasiya yaranmağa başlayıb. Belə ki, Tramp adminstrasiyası Rusiya və Ukrayna arasında olduqca effektiv manevrlər etməkdədir. Ağ Ev əvvəlcə rəsmi Kiyevə sərt təzyiqlər göstərməyə üstünlük verirdi. Əsas məqsəd Zelenski hakimiyyətini Rusiya ilə təkbaşına buraxılma təhlükəsi üzərindən çıxılmaz vəziyyətə salmaqdan ibarət idi. Və Tramp adminstrasiyası Rusiyaya böyük güzəştlər vəd etməklə, bu məqsədinə nail olmağı bacardı.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlara qədər danışıqlar masası arxasında Ağ Evin işləri o qədər də yaxşı getmirdi. Çünki həm Ukrayna, həm də Rusiya ABŞ-ın strateji hədəflərini böyük riskə atan mövqedən çıxış edirdilər. Bu səbəbdən də, ABŞ-ın beynəlxalq imicini qorumağa, eləcə də, əlavə zamana ehtiyac duyan Ağ Ev Ukrayna savaşının dayandırılması üçün konkret müddət müəyyən edilmədiyini bəyanlamaq məcburiyyətində qaldı. Və bununla da situasiyaya nəzarəti itirmək təhlükəsindən yayınmağı bacardı.

ABŞ prezidenti Donald Tramp öz açıqlamasında hakimiyyətə gələn kimi Ukrayna münaqişəsini bir günə həll edə biləcəyi barədə dediklərinin bir qədər şişirtmə olduğunu etiraf etmişdi. Ardınca isə Ukrayna münaqişəsinin məsuliyyətini NATO-ya üzv olmağa çalışan rəsmi Kiyevin üzərinə yükləməyə çalışmışdı. Ukraynanın NATO-ya üzvlüyünün real hədəf olmadığını vurğulamışdı.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkof isə Ukrayna və Avropa Birliyinə Ağ Evdə hazırlanmış sülh "sülh sazişi"nin yeni tam mətnini təqdim etmişdi. Həmin sənədə görə, daimi atəşkəsdən sonra Ukraynaya etibarlı təhlükəsizlik zəmanətləri veriləcəkdi. Zəmanətçi qrupa Avropa ölkələri və bəzi digər nüfuzlu dövlətlər daxil olacaqdı. Və məhz bundan sonra Ukrayna NATO-ya üzvlükdən imtina edəcəkdi, ancaq Avropa Birliyinə qatılmaq hüququnu saxlayacaqdı.

Ağ Ev həmin sənədlə beynəlxalq hüquqla Ukraynaya məxsus olan Krımı Rusiya ərazisi kimi, de-yure tanıyacaqdı. Ukraynanın Luqansk, Zaporoje, Donetsk və Xerson vilayətləri Rusiyanın faktiki nəzarətinə veriləcəkdi. Eyni zamanda, Rusiya və Ukrayna arasında hər iki tərəfin hərbi nəzarətində olan bəzi ərazilərin mübadiləsi də nəzərdə tutulurdu. Və həm Rusiya, həm də Ukrayna bu sənədə qarşı çıxırdı.

Halbuki, Ağ Ev müharibənin hər iki iştirakçısı iqtisadi əməkdaşlıq niyyətini də qabardırdı. Belə ki, ABŞ və Ukrayna mineral resursların işlənməsi də daxil olmaqla, iqtisadi əməkdaşlıq sazişi imzalamalıydı. Digər tərəfdən, 2014-cü ildən bəri Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar mərhələli şəkildə ləğv olunmalıydı. ABŞ və Rusiya arasında enerji və digər sənaye sahələrində iqtisadi əməkdaşlıq qurulmalıydı. Və Ağ Ev əslində, hər iki tərəfə şirnikləndirici təkliflər etməklə, onları müəyyən mənada, sınağa çəkirdi.

Maraqlıdır ki, prezident Vladimir Zelenski dərhal reaksiya verərək, Ukraynanın işğal olunmuş ərazilərinin hüquqi baxımdan, Rusiyaya "hədiyyə" edilməsini qəbul etməyəcəyini bildirmişdi. O, vurğulamışdı ki, beynəlxalq hüquqla Ukrayna əraziləri barədə yalnız xalq qərar verə bilər. Ona görə də, Ukraynanın ərazi bütövlüyü heç bir halda, müzakirə və mübahisə mövzusu ola bilməz. Və rəsmi Kiyev heç vaxt buna imkan verməyəcək.

Eyni zamanda, Rusiya da Tramp adminstrasiyasının sülh "təkliflər"indən uzaqgedən nəticələr çıxararaq, maksimalist şərtlər irəli sürməkdən özünü saxlaya bilməmişdi. Belə ki, Kreml atəşkəs üçün Ağ Evin təkliflərinə əlavə olaraq, Rusiyaya qarşı bütün sanksiyaların ləğvini xarici banklarda olan aktivlərinin qaytarılmasını tələb etmişdi. Eyni zamanda, Ukraynaya təhlükəsizlik təminatının verilməsinə qarşı çıxmaqla yanaşı, ABŞ-ın rəsmi Kiyevlə iqtisadi sahədə saziş imzalamasına da etiraz etmişdi. Və Kreml bütün bunlara paralel olaraq, bütün cəbhə boyu hərbi əməliyyatların intensivləşdirməklə, ABŞ-ın maraqlarını riskə atmağa çalışmışdı.

Təbii ki, Kremlin bu aqressiv davranışları Ağ Evdə qıcıq doğurnuya bilməzdi. Ona görə də, Ağ Ev sahibi Donald Trampın prezident Vladimir Putinə sərt xəbərdarlıq etməsi o qədər də gözlənilməz deyildi. Belə ki, Ağ Ev sahibi rusiyalı həmkarını onu aldatmağa çalışmaqda qınadı və ardınca da Rusiyaya qarşı daha sərt addımların istisna olmadığına eyham vurdu. Və məhz bundan sonra baş verənlər ABŞ-ın Rusiyanı küncə sıxışdırmasına yönəlik addımlar ilə diqqəti çəkdi.

Məsələ ondadır ki, Ağ Ev rəsmi Kiyevlə Ukrayna təbii sərvətlərinin ABŞ-ın istismarına verilməsi barədə sazişi artıq imzalayıb. Bu, Ukrayna savaşı ətrafında yaranmış vəziyyətin növbəti dəfə Rusiyanın əleyhinə çevrilmə ehtimalını artırır. Çünki Ukrayna böhranının nizamlanması prosesində ABŞ-ın əsas hədəfi məhz bu sənədin imzalanması idi. Rəsmi Kiyev isə bu sənədi imzalamaqla, əslində, ABŞ-dan Ukrayna üçün təhlükəsizlik təminatını qopartmış oldu. Və indi Rusiya bu yeni situasiya qarşısında demək olar ki, çıxılmaz vəziyyətə düşmüş kimi görünür.

Çünki ABŞ Dövlət Departamenti Ağ Evin bundan sonra artıq Ukrayna ilə Rusiya arasındakı danışıqlarda vasitəçi olmayacağını bəyan edib. Tramp adminstrasiyası daha görüşlərdə vasitəçi kimi dünyanın müxtəlif yerlərinə səfərlər etmək niyyətində deyil. İndi problemin həlli savaşan tərəflərin öhdəsinə düşür. Və ABŞ danışıqlara dəstək metodlarını dəyişəcək, Ağ Ev bu qərarı Rusiya prezidenti Vladimir Putinin atəşkəsə razı olmaması səbəbilə qəbul edib.

Maraqlıdır ki, Ağ Evdən ABŞ-ın səbrinin artıq tükəndiyini də vurğulayıblar. Ona görə də, hər iki savaşan tərəfə bundan sonra konkret sülh təklifləri ilə birbaşa təmas qurmağı məsləhət görüblər. Yəni, rəsmi Kiyevdən istədiyini almağa nail olmuş Tramp adminstrasiyası sülh masasından artıq qalxmış kimi görünür. Bundan ilk növbədə Rusiya narahatlıq keçirməli olacaq. Çünki Ağ Evin vasitəçilikdən geri çəkilməsi həm də ABŞ-ın daha çox Rusiyanın maraqlarına cavab verən sülh şərtlərindən imtina etməsi anlamı daşıya bilər. Və Kreml üçün olduqca neqativ reallıqdır.

Məsələ ondadır ki, ABŞ Ukraynanın təbii sərvətlərini müharibə şəraitində istismar edə bilməz. Yəni, Ukrayna savaşının dayandırılması qaçılmazdır. Təbii sərvətlərin istismarı barədə saziş həm də Ukrayna üçün ABŞ-ın dolayısı ilə təhlükəsizlik təminatı verməsi anlamı daşıyır. Üstəlik, Ağ Evin öz qərarını Kreml sahibinin radikal mövqeyi ilə əlaqələndirdiyini nəzərə aldıqda, ABŞ-ın bundan sonra Rusiyaya daha sərt təzyiq göstərməyə çalışacağı qətiyyən istisna deyil. ABŞ Senatında Rusiyaya qarşı daha ağır iqtisadi sanksiyalar paketinin müzakirəyə çıxarılması barədə məlumatlar da bunu təsdiqləyir.(Yeni Müsavat)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 May 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri