Icma.az
close
up
RU
TRAMP PUTİNİN BÜTÜN İŞĞAL YOLLARINI AÇIR Ukrayna şəhərlərinin bombalanması da asanlaşdı

TRAMP PUTİNİN BÜTÜN İŞĞAL YOLLARINI AÇIR Ukrayna şəhərlərinin bombalanması da asanlaşdı

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Donald Tramp Rusiya işğalına məruz qalmış və ölüm-dirim müharibəsi aparan Ukraynanı çıxılmaz vəziyyətə qoymaq və işğalçı dövlətin başçısı Vladimir Putini razı salmaq üçün əlindən gələni edir.

Turkustan.az xarici KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Ştatlar Ukrayna ilə kəşfiyyat məlumatlarını, xüsusən də hərbi hədəflərə dair məlumatları və Rusiyanın Ukrayna ərazisinə raket və PUA buraxması ilə bağlı xəbərdarlıqları tamamilə dayandırıb. “The Economist”-in jurnalisti Oliver Karrol mötəbər mənbələrə istinadla yazıb ki, dünən Kiyev vaxtı ilə saat 14:00 radələrində ABŞ "hava hücumu xəbərdarlığı üçün əsas məlumat mənbəyini" kəsib: "Bundan əvvəl Ukrayna ordusu “HIMARS”-ların istifadəsi üçün vacib olan məlumatlardan məhrum edilib. Həmçinin, Ukrayna artıq uzaq məsafəli zərbələr üçün real vaxt çərçivəsində məlumatlar almır. Tramp Zelenskidən minnətdarlıq istəmişdi. Amma indi biz bu “minətdarlığı” ölmüş ukraynalıların məzarlarına yazmalı olacağıq”.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ) direktoru Con Ratkliff və Trampın Milli Təhlükəsizlik müşaviri Mayk Uolts da Ukraynaya kəşfiyyat dəstəyinin dayandırıldığını təsdiqləyiblər. Lakin onların hər ikisi Ukraynanın danışıqlar masasına tez qayıtması(?) halında fasilənin qısamüddətli ola biləcəyini qeyd ediblər.

“The Wall Street Journal” isə adı açıqlanmayan amerikalı rəsmiyə istinadla yazır ki, kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması təkcə Rusiya qoşunlarına zərbələr endirmək məqsədilə Ukraynaya verilən məlumatlara deyil, həm də Rusiyanın Ukrayna ərazisinə raket və PUA hücumu xəbərdarlıqlara aiddir. Bu, o deməkdir ki, Ukrayna artıq Rusiyanın raket və PUA buraxması barədə lazımi məlumatları vaxtında ala bilməyəcək. Nəticədə Rusiya üçün dinc şəhərləri, əhalini və infrastruktur obyektlərini məhv etmək xeyli asanlaşacaq. Artıq ötən gecə Rusiya Ukraynanın Krivoy Roq şəhərində mülki obyektlərə raket zərbələri endirib. Xeyli ölən və yaralanan dinc sakinlər var. Bundan öncə isə Dnepr şəhərində hərbi poliqona raket zərbəsi endirilmiş, nəticədə yüzdən çox ukraynalı həlak olmuşdu. İstisna olunmur ki, bu hadisələrdə ABŞ-nin kəşfiyyat məlumatlarını dayandırmasının xüsusi rolu var və yaxın günlərəd bu cür hücumlar daha da çoxala bilər. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi Valeriy Kondratyuk deyib ki, “artıq ABŞ Müdafiə Nazirliyindən gələn hər şey dayanıb”: "Bu, əsasən foto-şəkillərin mübadiləsinə aiddir. Bu, kritik deyil, çünki Avropa şirkətlərinin öz peykləri var, lakin onların heç də hamısı hərbi yerləşdirmə və hərəkətə yönəlməyib, bu vacibdir".

Tramp administrasiyasının yüksək səviyyəli rəsmisi WSJ-yə deyib ki, “ilkin plan Zelenskiyə təzyiq etmək üçün hərbi və kəşfiyyat məlumatlarının mübadiləsini bir və ya iki həftə dayandırmaq idi”.

Bundan əvvəl Britaniyanın “Daily Mail” tabloidi ABŞ-nin Böyük Britaniyaya da Vaşinqtondan alınan kəşfiyyat məlumatlarını Ukrayna ilə paylaşmasını qadağan etdiyini yazıb. Dünən “Financial Times” da bu məlumatı təsdiqləyib.

Göründüyü kimi, Tramp administrasiyası açıq şəkildə Kremlin tərəfində duraraq, Ukraynanın çökdürülməsi və Rusiyanın tələblərinə boyun əyməsi üçün heç də Kremldən az canfəşanlıq göstərmir…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Mart 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri