Icma.az
close
up
RU
Putinin bitməyən işğal hərisliyi

Putinin bitməyən işğal hərisliyi

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Əli milyonların qanına batmış diktator dünya üçün də ən böyük təhdidlərdən biridir

Dünya siyasətində zaman-zaman güclü liderlər meydana çıxmışdır. Ancaq tarixin ən qaranlıq səhifələrində yer alanlar, öz xalqına və qonşularına zülm edən, işğalı və savaşı dövlət siyasətinə çevirən liderlər olmuşdur. Bu gün bu portreti ən açıq şəkildə təmsil edən ad, heç şübhəsiz, Vladimir Putindir.

Putinin siyasəti artıq bir dövlət ağlının deyil, doymayan bir işğal hərisliyinin göstəricisidir. Gürcüstandan Ukraynaya, Krımdan Qara dənizə qədər atdığı hər addım Rusiyanın imperialist hirsinin açıq elanıdır. Öz xalqını azadlıqdan məhrum edən, müxalifləri susduran, mətbuatı zəncirləyən bu diktator, dünya üçün də ən böyük təhdidlərdən biridir.

Son günlərdə Alyaskada gerçəkləşən görüşlərdə belə Putinin dili təhdidkar və meydan oxuyucu olmuşdur. Hətta “Ukrayna torpaqları Rusiyaya verilməlidir” kimi bəyanatlarla beynəlxalq hüququ açıq-aşkar tapdalayıb. Bu açıqlamalar bir daha göstərdi ki, Rusiya yalnız qonşularına deyil, bütün dünyaya qarşı təcavüzkar bir siyasət yürüdür.

Daha acı olan isə, Amerikada Alyaska görüşü zamanı Putinin ayağına qırmızı xalça sərilməsi və iki protokol mərasimi ilə qarşılanmasıdır. Bir qatili, bir zalımı, əli milyonlarla insanın qanına batmış bir diktatoru bu şəkildə qarşılamaq Amerika tarixi adına bir rüsvayçılıqdır. Dünyaya demokratiya və azadlıq dərsi verən ABŞ-ın Putin kimi bir qatilə bu cür hörmət göstərməsi həm Amerikanın siyasi etikasına, həm də beynəlxalq ədalət anlayışına kölgə salır.

Bu gün milyonlarla insanın qanı onun əllərindədir. Ukraynada bombalanan şəhərlər, sürgün edilən ailələr, paramparça olmuş həyatlar Putinin imperialist hərisliyinin nəticəsidir. İnsanlığın yüz milyonlarla dollarlıq neft və qaz gəlirlərinə məhkum edilməsi avtoritar rejimin ən böyük silahıdır. Amma unutmaq lazımdır ki, heç bir diktator sonsuza qədər ayaqda qala bilməmişdir.

Putin artıq yalnız rus xalqı üçün deyil, bütün dünya üçün bir zalim və qana susamış diktator fiquruna çevrilmişdir. Onun işğalçı siyasəti tarixin zibilxanasında Hitler və Stalinlə eyni qaranlıq səhifədə anılmağa məhkumdur.

Dünya bu həqiqəti görməli və gec olmadan Rusiyanın işğalçı düşüncəsinə “dayan” deməlidir. Çünki susqunluq yalnız yeni işğalları və yeni qətliamları dəvət edir.

İlkin MƏMMƏDKƏRİMLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Avqust 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see248

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see225

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see214

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see210

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see182

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see165

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see163

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see158

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri