Icma.az
close
up
RU
Tramp Putinin ondan Ukrayna ilə bağlı xahiş etdiyini bildirdi

Tramp Putinin ondan Ukrayna ilə bağlı xahiş etdiyini bildirdi

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vladimir Putin ondan Rusiya-Ukrayna müharibəsinin nizamlanması ilə bağlı yardım istəyib.

Qaynarinfo xəbər verir ki, Trampın Mayamidə Amerika biznes-forumunun kuluarlarında dediyinə görə, bu, iki həftə əvvəl telefon danışığı zamanı baş verib. Həmin vaxt Putin rus təbliğatının köhnəlmiş tezisini səsləndirərək guya artıq 10 ildir Ukraynada müharibəni bitirməyə çalışdığını iddia edib.

"İki həftə əvvəl Putinlə danışdım və onun dediyini sitat gətirirəm: "Biz artıq on ildir o müharibəni bitirməyə çalışırıq, amma bacarmamışıq. İndi bunu həll etmək sənlikdir”. Mən belə məsələləri bəzən bir saata həll edirdim — BMT-dən heç bir köməksiz”, — deyə ABŞ lideri bildirib. O yenidən BMT-də çıxışı zamanı teleprompterlə bağlı yaranmış problemlərdən gileylənib.

"Xatırlayırsınız, mən o vaxt səhnəyə necə çıxmışdım? "Xanımlar və cənablar, Amerika Birləşmiş Ştatları adından — prezident Donald C. Tramp”. Teleprompterə baxıram — və bu sözlərdən sonra… heç nə”, — deyə Tramp əlavə edib.

Qeyd edək ki, Çexiyanın yeni hökuməti çox güman ki, Ukraynaya hərbi yardım göstərilməsini ləğv edəcək, — bunu böyük ehtimalla Çexiyanın yeni xarici işlər naziri olacaq ultrasağçı siyasətçi Filip Turek bildirib. Bununla belə, o, Praqanın Rusiya ilə bağlı mövqeyinin dəyişməyəcəyini iddia edir.

Bu arada "Euractiv” yazır ki, Avropa İttifaqı Ukraynanı dəstəkləmək üçün borca girməyə hazırdır. Rusiyanın aktivləri hesabına ayrılması planlaşdırılan 140 milyard avroluq "reparasiya krediti”ni hazırda Belçika bloklayır.


Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri