Tramp Putinlə görüş üçün şərtləri AÇIQLADI
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putinlə görüşmək üçün o, yanvarın 20-də dövlət başçısı vəzifəsinə başlamalıdır.
Redaktor.az xəbər verir ki, bu barədə o, "Newsmax" telekanalına müsahibəsində bildirib.
Tramp qeyd edib ki, rusiyalı həmkarı ikitərəfli danışıqlar aparmaq istəyir. Bunun üçün o, rəsmi olaraq hökumət səlahiyyətlərini öz üzərinə götürməli olacaq.
“Onun görüşmək istədiyini bilirəm və kaş ki, bunu daha tez edəydim”, - o vurğulayıb.
Xatırladaq ki, yanvarın 10-da Tramp Floridadakı iqamətgahında jurnalistlərlə danışarkən Putinlə görüşü elan edib. Hazırda tərəflər bu qəbula hazırlaşır. Eyni zamanda o, ABŞ, Rusiya və Çin liderlərinin üçtərəfli görüşünün baş tutub-tutmayacağı sualına birbaşa cavab verməkdən yayınıb.
Türkan İSGƏNDƏRLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 14 Yanvar 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















