Icma.az
close
up
RU
Tramp Putinlə telefonla danışdı: ilk açıqlamalar YENİLƏNİB

Tramp Putinlə telefonla danışdı: ilk açıqlamalar YENİLƏNİB

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Rusiya və Ukrayna yaxın zamanda atəşkəs danışıqlarına başlayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ pPezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra deyib.

Onun sözlərinə görə, Vatikan bu danışıqlara ev sahibliyi etməkdə ciddi maraqlıdır və tərəfləri bir araya gətirmək üçün fəal şəkildə çalışır.

*** 21:06

Rusiya Ukrayna ilə mümkün atəşkəs və münaqişənin nizamlanması prinsiplərini ehtiva edən gələcək sülh memorandumu üzərində işləməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra bildirib.

Putin deyib ki, telefon danışığı iki saatdan çox davam edib və Tramp atəşkəs məsələsində öz mövqeyini aydın şəkildə ifadə edib.

Rusiya liderinin sözlərinə görə, Ukrayna ilə atəşkəs yalnız tərəflər arasında müvafiq razılaşmalar əldə edildikdən sonra mümkün ola bilər.

“Mümkün memorandumda atəşkəs məsələləri və münaqişənin nizamlanması prinsipləri yer ala bilər. Rusiya və Ukrayna hər iki tərəfi qane edəcək kompromislər tapmalıdır”, – deyə o vurğulayıb.

Putin, həmçinin, İstanbulda təmasların bərpasını müsbət qiymətləndirərək bildirib ki, bu, tərəflərin doğru yolda olduğunu göstərir.

Rusiya lideri Trampla söhbəti “konstruktiv və faydalı” adlandırıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov və dövlət başçısının köməkçisi Yuri Uşakovun danışığın detalları barədə əlavə məlumat verəcəyi gözlənilir.

*** 19:56

Donald Tramp və Vladimir Putin arasında telefon danışığı hələ davam edir. 

Globalinfo.az “The New York Times”a istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edək ki, telefon danışığı bir saatdan çoxdur ki, davam edir.

*** 18:46

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Xəbər yenilənir…

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 May 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri