Icma.az
close
up
RU
Tramp qalib gələrsə, Ukraynanın daha çox torpaq və insan itkisinə məruz qalmaması üçün addımlar ata bilər ŞƏRH

Tramp qalib gələrsə, Ukraynanın daha çox torpaq və insan itkisinə məruz qalmaması üçün addımlar ata bilər ŞƏRH

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Xəbər verdiyimiz kimi, bu gün ABŞ-da 60-cı prezident seçkiləri keçirilir. Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harris və Respublikaçıların nümayəndəsi, ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ prezidentliyi uğrunda mübarizə aparır.

Bu seçkidəı prezidentlə birlikdə ABŞ-ın vitse-prezidenti də seçiləcək.

Bu vəzifəyə Demokratların namizədi Minnesota qubernatoru Tim Valz, Respublikaçılar Partiyasının namizədi isə Ohayo senatoru J.D.Vensdir.

Vurğulayaq ki, ABŞ-da 244 milyon seçici var. Florida Universitetinin məlumatına görə, noyabrın əvvəlinə qədər 75 milyondan çox ABŞ vətəndaşı vaxtından əvvəl səs verib.

Məlumata görə, 78 milyondan çox amerikalı seçici vaxtından əvvəl səs verib. Seçkidə qalib gəlmək üçün bir namizəd ən azı 270 seçici səsini almalıdır.

Seçkilərin nəticəsi hələlik məlum olmasa da, qalibin kim olacağı ilə bağlı müxtəlif fikirlər var.

Gununsesi.info -ya açıqlamasında Milli Məclisinin deputatı, politoloq Elçin Mirzəbəyli mövzunu şərh edib.

“Seçkilərin nəticələrini öncədən proqnozlaşdırmaq çox çətin olsa da, ölkə faktiki olaraq həm də kifayət qədər sərt şəkildə qütbləşib və bu qütbləşmə də təkcə siyasi müstəvidə deyil. Bu baxımdan, seçkilərin həm də Birləşmiş Ştatların gələcəyi, unitarlığı baxımından mühim əhəmiyyətə malikdir.

Respublikaçıların namizədi qalib gələcəyi təqdirdə, həm daxili, həm də qlobal miqyasdakı qütbləşmənin indiki qədər dərinləşməyəcəyi, prosesin qismən də olsa sabitləşəcəyi, ən azı proqnozlaşdırılmasının mümkün olacağını düşünürəm.

Harrisin qələbəsinin isə onun Baydenin xarici siyasət kursunu davam etdirməyəcəyi barədə bütün iddialarına baxmayaraq, qlobal ziddiyyətləri daha da dərinləşdirəcəyi, hətta geriyə dönüşü olmayan bir məcraya yönəldəcəyi qənaətindəyəm.

Harrisin nə fərdi baxış bucağı, nə də bir siyasətçi olaraq obrazı barışdırıcı deyil. Bayden adminstarsiyasındakı rolu namizəd olanadək nəzərə çarpmayan bu siyasətçinin, həm də prezident seçiləcəyi təqdirdə daha çox özünü təsdiqə can atacağını düşünürəm ki, bu da ABŞ daxilindəki ziddiyyətləri dərinləşdirəcək.

Trampın qalib gəlmək şansı var, amma ABŞ-ın seçki sisteminin kifayət qədər ziddiyyətli və həm də ədalətsiz olduğunu nəzərə alsaq, nəticə fərqli də ola bilər. Seçkinin nəticələrinin ABŞ-ın daxilindəki qütbləşməni dayandıra biləcəyinə inanmıram. Respublikaçıların namizədi qalib gələrsə, proses müəyyən zamana kimi səngiyə bilər. Lakin məsələ Trampın və komandasının bu vaxtdan necə istifadə edəcəyi ilə bağlıdır.


Seçkinin nəticələrinin Rusiya-Ukrayna müharibəsinə təsirinə gəldikdə isə, burada da yekun həlldən söhbət gedə bilməz. Hazırda demokratların Ukraynada baş verənlərə yanaşması onu göstərir ki, Bayden və komandası rəsmi Kiyevin məğlubuyyətlə barışması üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Tramp hakimiyyətə gələcəyi təqdirdə bu prosesi daha sürətləndirə və Ukraynanın daha çox torpaq və insan itkisinə məruz qalmaması üçün müəyyən addımlar ata bilər. Harris seçilərsə, Ukraynanın daha çox torpaq və insan itkisinə məruz qalması ehtimalı daha çoxdur. Demokratlar Ukraynaya reallıqla barış deməyəcəklər, lakin Kiyevin buna məcbur olması üçün əllərindən gələni edəcəklər.
Trampın qələbəsi Yaxın Şərqdəki proseslərə də öz təsirini göstərə bilər. Hesab edirəm ki, bu təsirin necə olacağını müəyyənləşdirmək hazırda çox çətindir.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Noyabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri