Icma.az
close
up
RU
Tramp qeyriqanuni miqrantları ölkədən çıxarmaq planlarını həyata keçirməkdə çətinlik çəkəcək

Tramp qeyriqanuni miqrantları ölkədən çıxarmaq planlarını həyata keçirməkdə çətinlik çəkəcək

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qeyri-qanuni miqrantların genişmiqyaslı çıxarılması planlarını həyata keçirməyə çalışarkən ciddi problemlərlə üzləşəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü “The Hill” qəzetində dərc olunan məqalədə bildirilib.

Yazıda qeyd edildilir ki, respublikaçı əvvəllər qeyri-qanuni miqrantların deportasiyası üzrə tarixdə ən böyük əməliyyatın ABŞ-da həyata keçiriləcəyini vəd etmişdi. “Lakin Trampın ilk dövründə olduğu kimi, onun immiqrasiya gündəliyinin həyata keçirilməsi ciddi maneələrlə üzləşəcək”, - deyə nəşr vurğulayıb.

Materialda deyildiyi kimi, Tramp “ölkədə qanuni olmayan hər kəsin” ABŞ-dan qovulmasını istəyir. Qəzetin fikrincə, “bunu etmək üçün büdcədə astronomik artım tələb olunacaq”. Nəşr hesablamalara görə, "ölkədə lazımi sənədlər olmadan təxminən 13 milyon insanın deportasiyası təxminən 88 milyard dollara başa gələcək ki, bu da ABŞ Daxili Təhlükəsizlik Departamentinin bütün cari büdcəsini üstələyir".

Nəşr ABŞ Nümayəndələr Palatasının üzvü Veronika Eskobarın (Texasdan demokrat) şərhinə istinad edir. Eskobarın dediyinə görə, qeyri-qanuni miqrantların genişmiqyaslı qovulması “ölkə iqtisadiyyatı üçün olduqca dağıdıcı nəticələrə səbəb olacaq”, çünki bu, mövcud işçi qüvvəsini azaldacaq. Deputat əlavə edib ki, Tramp, onun fikrincə, işçi qıtlığından qorxaraq biznesin maraqlarına uyğun hərəkət edən lobbiçilərin təsiri ilə miqrantların deportasiyası məsələsində mövqeyini artıq qismən yumşaldıb.

Nəşr Trampın qeyri-qanuni miqrantların genişmiqyaslı çıxarılması cəhdlərinin qaçılmaz olaraq məhkəmə çəkişmələrinə səbəb olacağına da diqqət çəkib. Miqrantlar və onları dəstəkləyən hüquq müdafiə təşkilatları böyük ehtimalla məhkəmə yolu ilə gələcək administrasiyanın hərəkətlərini qanunsuz elan etməyə çalışacaqlar.

Tramp bundan əvvəl də dəfələrlə bəyan edib ki, inauqurasiyadan sonra qeyri-qanuni miqrantların deportasiyası üzrə Amerika tarixində ən böyük əməliyyatı həyata keçirmək niyyətindədir. Miqrasiya böhranı hazırda ABŞ-da partiyalararası mübarizənin əsas problemlərindən biridir. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Dekabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri