Icma.az
close
up
RU
Tramp Qəzzanı buna görə boşaltmaq istəyir Sensasion plan

Tramp Qəzzanı buna görə boşaltmaq istəyir Sensasion plan

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Trampın planı bütün ərəb və müsəlman ölkələri üçün tamamilə qəbuledilməzdir və onlar tərəfindən rədd edilir. Plan Rusiya tərəfindən də sərt tənqid olunub və yəqin ki, həyata keçirilməyəcək. Bununla belə, Trampın planının öz məntiqi var.

Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov ABŞ Prezidenti Donlad Trampın Qəzza ilə bağlı verdiyi açıqlamalarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Trampın Qəzzanı ələ keçirmək və fələstinliləri oradan başqa ölkələrə köçürmək planı bir neçə səbəblə bağlıdır:

“Bu məntiq imperialist xarakter daşıyır. Trampın planının məntiqi ondan ibarətdir ki, o, Amerikanı bütün dünyaya rəhbərlik edə bilən nəhəng bir güc kimi görür, bütün problemləri, ilk növbədə, iqtisadi qüdrəti hesabına həll edə biləcəyini düşünür. Bu, birinci aspektdir.

İkincisi, siyasi problemin dəyərləndirilməsidir. Tramp hesab edir ki, İsrailin Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində 50 minə yaxın dinc fələstinli və HƏMAS-ın əhəmiyyətli hissəsi məhv edilib. Amma problem ondadır ki, israillilər bu qədər fələstinlini öldürsələr də, effektiv bir işğal administrasiyası yarada bilməyiblər. Nəticədə, fələstinlilər HƏMAS-ı daha çox dəstəkləyirlər. İsrail nə qədər çox fələstinlini öldürsə, fələstinlilər də HƏMAS-a bir o qədər çox sahib çıxır. Hərbi əməliyyatlar dayandırılarsa, HƏMAS yenidən güclənəcək, öldürülən döyüşçülərin yerinə yeniləri gələcək, HƏMAS-ın strukturları bərpa olunacaq və İsraillə HƏMAS arasında yeni müharibə başlayacaq.

Tramp bu problemi həll etmək, HƏMAS-la İsrail arasında bu “əbədi münaqişə mühərrikini” dayandırmaq istəyir.

Daha bir mühüm aspekt isə ideoloji baxışla bağlıdır. Trampın arxasında ABŞ-da fəaliyyət göstərən protestant qruplar durur. Bu qruplar sionizmlə sıx bağlıdırlar. Onlar hesab edirlər ki, xristianlıq yəhudiliklə sıx şəkildə əlaqəlidir və böyük bir ərazidə yəhudi dövləti – İsrail yaratmaq istəyirlər. Buna görə də onlar İsraili dəstəkləmək üçün mistik-dini və qeyri-rasional mövqe tuturlar. Dini müharibələr həmişə amansız olub. Etnik-dini təmizləmələr bu müharibələrin bir hissəsidir. Əslində, Tramp da Qəzza zolağında etnik təmizləmə təklif edir. Bu, beynəlxalq hüququn, humanist prinsiplərin və İkinci Dünya müharibəsindən sonra formalaşmış siyasi prinsiplərin kobud şəkildə pozulması deməkdir”.

Markov qeyd edib ki, müsəlman ölkələrinin razılığı olmadan Trampın bu planı həyata keçirməsi mümkün olmayacaq:

“İslam ölkələri buna razı deyillər. Tramp Qəzza zolağındakı bütün fələstinliləri oradan köçürmək, onların yerində dostları – amerikalı tikinti şirkətlərini yerləşdirmək və orada yeni Dubay kimi möhtəşəm bir şəhər salmaq istəyir. Məqsəd bu şəhəri turizm mərkəzinə çevirməkdir. Lakin fələstinliləri bu “Yeni Dubay”a buraxsalar, onlar yenə də HƏMAS-ı dəstəkləyəcəklər və HƏMAS bu yeni şəhərə nəzarət edəcək. Tramp isə bunu istəmir. O, bütün fələstinlilərin oradan köçürülməsinə çalışır. Bəs fələstinlilər hara gedəcəklər?

Tramp Misir, İordaniya və Səudiyyə Ərəbistanına müraciət edib. Amma bir neçə onillik əvvəl fələstinlilər İordaniya Kralı Hüseyni devirmək və hakimiyyəti ələ keçirmək üçün cəhd göstərmişdilər. O zaman fələstinlilərlə İordaniya ordusu arasında müharibə baş vermişdi. O vaxtdan bəri İordaniya formal olaraq ərəb ölkəsi kimi fələstinliləri dəstəkləsə də, onlara qarşı mənfi münasibət bəsləyir.

İndi İordaniya fələstinliləri, xüsusən də HƏMAS üzvlərini qəbul edəcəkmi? Onlar yenidən kralı devirməyə cəhd göstərə bilərlər. Bu, çox çətin görünür.

Qəzza zolağındakı fələstinlilər HƏMAS-ı dəstəkləyirlər. HƏMAS isə Müsəlman Qardaşları koalisiyasına daxildir. İsrailin hazırkı siyasi rəhbərliyi son on ildə məhz bu Müsəlman Qardaşlarına qarşı mübarizə aparır.

Bundan başqa, Müsəlman Qardaşları bir zamanlar Misirdə hakimiyyətə gəlmişdi (prezident Mürsi dövründə), amma sonradan hazırkı Misir rəhbərliyi onları devirdi. İndi Misir rəhbərliyinin siyasi düşmənləri sayılan və döyüş təcrübəsi olan bir milyon fələstinlini ölkəyə dəvət etməsi olduqca qeyri-mümkün görünür.

Trampın fələstinliləri yönəltmək istədiyi digər bir istiqamət Səudiyyə Ərəbistanıdır. O düşünür ki, orada kifayət qədər geniş ərazilər var. Amma bu ərazilərin çoxu səhradır. Üstəlik, Müsəlman Qardaşları Səudiyyə Ərəbistanını öz siyasi rəqibi kimi görür və Kral ailəsini devirmək istəyir. Səudiyyə Kral ailəsi isə hazırkı Misir rəhbərliyinə Müsəlman Qardaşlarını devirməkdə kömək edib. Bu baxımdan, Səudiyyə Ərəbistanının da fələstinliləri, xüsusilə də HƏMAS-ı dəstəkləyənləri qəbul edəcəyi çox az ehtimal olunur”.

Markov qəzzalılar üçün Avropanın də məqbul olmadığını qeyd edib:

“Trampın fələstinliləri yönəltmək istədiyi başqa bir istiqamət isə Avropadır. Lakin Avropa artıq qaçqınlarla o qədər doludur ki, bu immiqrasiya problemi səbəbindən hökumətlər çökür. Avropa təkcə qaçqınların çoxluğundan deyil, xüsusilə Yaxın Şərqdən gələn qaçqınlardan son dərəcə narazıdır. Avropada terror aktları törədilir və təsəvvür etmək çətindir ki, onlar İsrailə qarşə amansız hücum edən HƏMAS-ın bir milyona yaxın tərəfdarını qəbul etsinlər – bu, sadəcə fantastikadır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Fevral 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri